Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsi ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində silsilə tədbirlərə başlanılmışdır.

17 yanvar 2018 | 11:00

20 Yanvar faciəsinin 28–ci ildönümü münasibətilə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq silsilə tədbirlərə başlanılmışdır. Plana uyğun olaraq 17 yanvar 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” dərnəyinin üzvləri Ağcabədi rayonunda yerləşən “Şəhidlər xiyabanı” abidə kompleksini ziyarət etmişlər.
     Ziyarət zamanı Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa  dərnək üzvlərinə 20 Yanvar faciəsi haqqında məlumat verdi və bildirdi ki Ağcabədi rayonundan da Əlizadə Faiq Əbdülhüseyn oğlu 20 Yanvar faciəsi zamanı həlak olmuşdur. O cümlədən Ağcabədi şəhidləri, milli qəhrəmanlarımız haqqında onlara ətraflı məlumat verildi. 
   Sonra Mərkəzin kollektivi, dərnəyin rəhbəri Gündüz Sevindik və dərnək üzvləri torpaqlarımızın azadlığı uğrunda canından keçmiş vətən oğullarının məzarlarını ziyarət etmiş, məzarlarının üzərinə tər-çiçəklər düzərək onların əziz xatirəsini yad etmişlər.
    Daha sonra dərnək üzvləri “Azadlığımız və biz” adlı ədəbi-bədii şeir kompozisiyası ilə çıxış edərək bir daha şəhidlərimizə olan sonsuz ehtiramlarını nümayiş etdirmişlər.

Keçidlər