Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovun Partiyanın Ağcabədi rayon təşkilatı fəalları ilə görüşü olmuşdur.
25 iyul 2013- cü il tarixdə saat 17:00 –da Y. Məmmədov adına Rayon Mədəniyyət evində Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovun Partiyanın Ağcabədi rayon təşkilatı fəalları ilə görüşü keçirilmişdir.
Ilk öncə tədbir iştirakçıları Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəlinin önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmişlər. Daha sonra tədbir Rayon Mədəniyyət Evində davam etdirilmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Eldar İbrahimov, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və Milli Məclisinin üzvü Tahir Rzayev iştirak etmişdir.
Tədbiri YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq məruzə ilə çıxış etmiş və son dövrdə YAP Ağcabədi rayon təşkilatının fəaliyyəti haqqında ətraflı tədbir iştirakçılarına məlumat vermişdir.
Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi cənab Əli Əhmədov çıxış edərək İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 10 il müddətində ölkəmizdə həyatımızın bütün sahələrində qazanılmış uğurları dövlət başçısının məqsədyönlü fəaliyyətinin nəticəsi kimi qiymətləndirib, respublikanın yeniləşdiyini və müasirləşdiyini bildirmişdir. Ulu öndərin siyasi kursu bu gün Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Bu gün Azərbaycan dünyada söz sahibidir, ölkəmiz tərəqqi və sürətli inkişaf yolundadır. Bu tərəqqi ulu öndər Heydər Əliyev ideyalarının təntənəsidir, möhtərəm Prezidentimiz İlham Əliyevin qayğı və diqqətinin təzahürüdür.Azərbaycan dövlətinin möhkəmlənməsi və siyasi –sabitliyinin qorunması uğrunda aparılan mübarizədə cənab Prezident İlham Əliyev cənablarına hər zaman dəstək olmağı və gələcəyə uğurla addımlayan Azərbaycana və dövlətçiliyinə şərəflə xidmət etməyi arzulamışdır.
Daha sonra rayon gəncləri adından YAP Ağcabədi rayon təşkilatının təlimatçısı, I qrup Qarabağ əlili Ramil Nağıyev və rayon qadınları adından YAP Ağcabədi rayon təşkilatı Qadınlar şurasının sədri Naibə Mustafayeva çıxış etmişdirlər.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov çıxış edərək bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin dəstək və qayğısı nəticəsində, Regionların sosial-iqtisadi inkişafı Proqramına müvafiq olaraq, respublikamızda, o cümlədən Ağcabədi də sosial-iqtisadi inkişaf siyasətinin uğurla həyata keçirildiyini, əhalinin vəziyyətinin yaxşılaşdığını və bu sahədə işlərin davam etdirildiyini bildirmişdir.
Rayon rəhbəri çıxışının sonunda bildirdi ki, 2013- cü ilin Prezident seçkiləri ilidir. Biz ağcabədililər həmişə olduğu kimi, bu ildə də Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev dəstəkləməklə, Azərbaycanın xoşbəxt gələcəyinin qarantı İlham Əliyevə səs verəcəyik.
Daha sonra tədbir iştirakçılarını maraqlandıran sualları qonaqlara ünvanladılar.
Görüş böyük maraq çərçivəsində sona çatdı.
Tədbirdə 320 nəfər iştirak etmişdir .