Ağcabədidə pambıq əkini ilə bağlı müşavirə keçirilib
22 yanvar 2018-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətində keçirilən müşavirədə pambıq əkini ilə bağlı mövcud vəziyyət, məhsulun vaxtında və itkisiz yığılması üçün qarşıda duran vəzifələr müzakirə olunub.Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, pambıq istehsalçılarının, fermerlərin, pambıq qəbulu məntəqələrinin əməkdaşlarının, kənd inzibati ərazi nümayəndələri və bələdiyyə sədrlərinin iştirak etdiyi toplantıda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək, pambıqçılığın inkişafının prioritet məsələ kimi qarşıya qoyduğunu diqqətə çatdırıb, bu istiqamətdə görülən işlərdən danışıb.Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən pambıqçılığın inkişafına verilən dəstək Ağcabədi rayonunun pambıq istehsalçılarında böyük ruh yüksəkliyi yaradıb.Müşavirədə pambıq əkini ilə bağlı qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün müvafiq orqanların rəhbərlərinə tapşırıqlar verilib.