Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 2013-cü ilin birinci yarısının sosial – iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.

26 iyul 2013 | 10:00

25 iyul  2013-cü  il tarixdə saat 11:00 –da Ağcabədi rayonu Y.Məmmədov adına Mədəniyyət Evində Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 18 iyul  2013- cü il tarixdə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial – iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş iclasındakı nitqindən irəli gələn vəzifələr, Ağcabədi rayonunda 2013- cü ilin birinci yarısının sosial – iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.
   Eyni zamanda yığıncağa rayonun idarə, müəssisə, hüquq – mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatı ərazi ilk  təşkilatının sədrləri, RİHB –nın şəhər,qəsəbə və kənd inzibati  ərazi  dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri,məktəb direktorları,uşaq bağçalarının müdirləri və  sahibkarlar dəvət olunmuşdur.
    Tədbiri Ağcabədi rayonu İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov açaraq  bildirdi ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 18 iyul  2013- cü il tarixdə Nazirlər Kabinetinin 2013- cü ilin birinci yarısının  sosial – iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar  iclası keçirilmişdir.
    Ağcabədi rayonu İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov bildirmişdir ki,əsası       Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş  və möhtərəm Prezidentimiz cənab İlham Əliyev  tərəfindən uğurla davam etdirilən  sosial-iqtisadi inkişaf ölkəmizin hər bir bölgəsində olduğu
kimi, Ağcabədi rayonunda da uğurla davam edir.
   Dövlət Proqramında nəzərdə tutulan pambıqçılıq, taxılçılıq və heyvandarlıq məhsulları istehsalının və kiçik emal müəssisələrinin inkişafının dəstəklənməsi tədbiri ilə əlaqədar taxılçılıq və heyvandarlıq məhsulları istehsalı artmış, Xocavənd kəndi ərazisində illik istehsal gücü 15000 ton olan ət kəsimi kombinatı və Rəncbərlər kəndi ərazisində 5000 tonluq olan soyuducu anbarın, Ağcabədi şəhərində sutkalıq istehsal gücü 10 ton  olan  çörək zavodunun tikintisi aparılır.
       Hazırda 205 çarpayılıq  Rayon Mərkəzi Xəstəxanasının tikintisi, Olimpiya İdman Kompleksinin tikintisi uğurla davam etdirilir. Şəhərin Heydər Əliyev prospektində yerləşən müasir tipli Qonaq evi, Yeni Azərbaycan Partiyasının inzibati binası və Ü.Hacıbəyli prospektində yerləşən  150 yerlik uşaq bağçasının binası tikilib başa çatdırılmış, açılış üçün hazırdır. Şəhərin Heydər Əliyev prospekti ilə Ü.Hacıbəyli prospektinin kəsişməsində yerləşən Gənclər Mərkəzinin tikintisi başa çatmış,  ərazidə son tamamlanma işləri aparılır.
    Rayonda son 6 ayda aparılan işləri məruzə edən rayon rəhbəri Şahin Məmmədov hesabatın yekununda vurğuladı ki, Ağcabədi Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarını, regionlara səfəri zamanı verdiyi tapşırıq və tövsiyələri, Nazirlər Kabinetinin 18 iyul  2013- cü il tarixdə Nazirlər Kabinetinin 2013- cü ilin birinci yarımilliyin sosial – iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar  nitqindən irəli gələn tapşırıqları əldə rəhbər tutaraq rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsini, təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişaf etdirilməsini, sahibkarlığın inkişafını, əhalinin içməli su, enerji və təbii qazla təminatının yaxşılaşdırılmasını, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını təmin etməklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməklə qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəyik və 2013 – cü il Prezident seçkilərində bizi gözləyən  məsuliyyətli bir sınaq ilindən  üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib , qələbəyə nail olacayıq.

   Yığıncaqda daha sonra Rayon Maliyyə İdarəsinin rəisi Xosrov Nəsirov ,Rayon Yol  İstismar idarəsinin rəisi  Vidadi Cəfərov , “ Qarabağ taxıl” MMC –nin Pilot təsərrüfatının direktoru Rəcəb Orucov RİHB-nın Yuxarı Qiyaməddinli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İbrahim Şükürov, Hüsülü bələdiyyəsinin sədri Kəhlik Əhmədova   görülmüş işlər və qarşıda duran vəzifələr barəsində hesabat xarakterli çıxışlar etmişlər. Hesabat xarakterli çıxışlarında natiqlər qeyd etmişdirlər ki, Respublikamızda, eləcə də rayonumuzda Dövlət qayğısının nəticəsi olaraq əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından xeyli işlər görülmüşdür. Hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Son illər  Ağcabədi rayonunda aparılan  yenidən qurma işləri və abadlıqlar, yaşıllaşdırma işlərinin genişləndirilməsi  rayonun daha da  inkişaf etməsinə təkan vermişdir.
    Hesabat yığıncağında 310 nəfər  iştirak etmişdir .
.

Keçidlər