Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Ağcabədi şəhərinin mərkəzi stadionunda bayram satış yarmarkası təşkil edilib.

30 dekabr 2017 | 11:00

30 .12.2017-ci il tarixdə Ağcabədi Rayon icra hakimiyyətinin təşəbbüsü ilə keçirilən yarmarka Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində əhalinin ərzaq malları və kənd təsərrüfatı məhsullarına olan tələbatının daha dolğun ödənilməsini təmin etmək, həmçinin süni qiymət artımının qarşısını almaq məqsədi daşıyır.Yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb, məhsulların keyfiyyəti, sanitariya-gigiyena nəzarətindən keçirilməsi təmin olunub. Rayonun yaşayış məntəqələrindən gətirilmiş ət və süd məhsulları, ev quşları, yumurta, meyvə-tərəvəz, göyərti və bayram çərəzləri bazar qiymətindən orta hesabla 20-40 faiz ucuz satılıb. Yarmarkaya 8350 kiloqram ət, 2,35 ton qarğıdalı məhsulları çıxarılıb. Mal əti 5 manata, qoyun əti 8 manata təklif olunub.Yarmarkada meyvə-tərəvəz 20 faiz, “Atena” MMC və “Səba” ASC tərəfindən çıxarılan kərə yağı, toyuq və digər süd məhsulları isə 30 faiz ucuz olmaqla satılıb.Sakinlər yarmarkanın keçirilməsini rəğbətlə qarşılayıb, məhsulların keyfiyyətindən və qiymətindən razılıq ediblər.

Keçidlər