Şriftin ölçüsü :

Saytın rəngi :

"Sevgi paylaşdıqca çoxalır" - Gənclər üçün Təhsil Mərkəzi 2018-ci ili Qarabağda qarşıladı.

04 yanvar 2018 | 11:00

Tədbirdə çıxış edən Mərkəzin Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında uşaq və yeniyetmələrə məlumat verərək, bu günün əhəmiyyətindən söhbət açıb. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün həyata keçirilən bayram tədbirində Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Təyyar Hacıyev,Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədr müavini Eldəniz Qəmbərov, əməkdaşları Ramil Nağıyev , Mehman Novruzov , N saylı hərbi hissənin zabit və əsgər heyəti çıxış edərək, iştirakçıları əlamətdar bayramlar münasibətilə təbrik edib, onlara xoşbəxtlik və firavan həyat arzulayıblar.

Sonda Gənclər üçün Təhsil Mərkəzi və Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən tədbir iştirakçılarına bayram hədiyyələri təqdim olunub və bayram tədbiri GTM Qarabağ ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin şagirdlərinin ifasında musiqi nömrələri və səhnəciklərlə davam etmişdir.

Keçidlər