Ağcabədi rayonunda bir qrup Qarabağ müharibəsi əlili və şəhid ailəsinə fərdi yaşayış evi verilib
27 dekabr 2017 | 11:00
Ağcabədi rayonunda ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş şəxslərin və şəhid ailələrinin mənzillə təminatına həsr olunmuş tədbir keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inşa etdirdiyi 5 fərdi yaşayış evinin açarları Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub.
Tədbirlərdə yeni fərdi yaşayış evlərinin təqdim edildiyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri sosial müdafiə sisteminin gücləndirilməsi üçün həyata keçirilən tədbirlərdən razılıq hisslərini ifadə ediblər. Onlar göstərilən yüksək diqqət və qayğıya, yeni mənzillərlə təmin edildiklərinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.