Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “31 dekabr – Dünya Azərbaycanlılarının həmrəyliyi günü”nə həsr edilmiş tədbir keçirilmişdir.

25 dekabr 2017 | 11:00

Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov  çıxış edərək, “31 dekabr – Dünya Azərbaycanlılarının həmrəyliyi günü” və qarşıdan gələn Yeni il münasibəti ilə bütün rayon ictimaiyyətini  təbrik etdi və onlara Azərbaycan dövlətçiliyinin inkişafında, qorunmasında hər zaman vətənə layiqli vətəndaş olmağı və gözəl günlər görməyi arzuladı. O, qeyd etdi ki, “31 dekabr – Dünya Azərbaycanlılarının həmrəyliyi günü” - Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Tədbir rayonun musiqi kollektivlərinin hazırladıqları rəngarəng konsert proqramı ilə davam etmişdir.Tədbirdə 350 nəfər iştirak etmişdir.

Keçidlər