Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Hərəyə bir ağac əkək” kompaniyası çərçivəsində ağac əkini davam edir.

25 dekabr 2017 | 11:00

Cari ilin noyabr ayından başlayan Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-illik yubileyi münasibətilə “Hərəyə bir ağac əkək” kompaniyası çərçivəsində Ağcabədi rayonunda ağacəkmə aksiyası uğurla davam edir."31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində"dekabr ayının 23-də keçirilən növbəti ağacəkmə kompaniyası Ağcabədi-Zərdab magistral yolunun kənarında, Ağcabədi Meşə Mühavizəsi və Bərpası müəssəsinin ərazisində keçirilmişdir. Ağacəkmə kompaniyasında Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı, YAP Siyasi Şurasının üzvü Şahin Məmmədov, Milli məclisin deputatı Tahir Rzayev, YAP fəalları, müəssisə və təşkilat rəhbərləri, 300 nəfərdən artıq nümayəndəsi iştirak etmişdir. İməclik zamanı 200 həmişəyaşıl, 220 tut tinqi əkilmişdir və suvarılmışdır.Həmin gün Ağcabədi rayon Meşə Mühavizəsi və Bərpası Müəssisəsinə məxsus “4 saylı Meşələyilik” ərazisində isə 2000 Heyva, nar, alça, badam, xurma və ərik ağacları əkilmişdir.Bütövlükdə “Hərəyə bir ağac əkək” kompaniyası çərçivəsində YAP Ağcabədi rayon təşkilatı fəallarının iştirakı ilə 9620 ağac əkilmiş və suvarılmışdır.Ağac əkini kompaniyası 2018-ci ilin may ayına qədər davam edəcəkdir.

Keçidlər