Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Ağcabədi rayonunda növbəti qrant müsabiqəsinin şərtləri və müraciət qaydaları barədə təqdimat keçirmişdir.

12 iyul 2013 | 10:00

     11 iyul  2013-cü  il tarixdə saat 16:00 –da Ağcabədi rayonu Ü.Hacıbəyli  adına “Qarabağ” Muğam Mərkəzində   Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Ağcabədi, Füzuli rayonlarının  fəal gəncləri və gənclər təşkilatlarının iştirakı ilə növbəti qrant müsabiqəsinin şərtləri və müraciət qaydaları barədə təqdimat keçirmişdir.  
    Təqdimatda  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Beynəlxalq Əlaqələr və Strateji Planlaşdırma sektorunun məsləhətçisi Ramin Cəfərov  iştirak etmişdir.
        Təqdimatda  çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Beynəlxalq Əlaqələr və Strateji Planlaşdırma sektorunun məsləhətçisi Ramin Cəfərov  III qrant müsabiqəsi, şərtləri, müraciət qaydaları  haqqında gəncləri məlumatlandırdı. Gənclərin böyük marağına səbəb olan təqdimat diskussiya şəklində davam etdirildi və gənclər müsabiqə barədə onları maraqlandıran sualları  təqdimat iştirakçılarına ünvanladılar.
    Təqdimatda iştirak edən bütün gənclərə Gənclər Fondu tərəfindən hədiyyələr verildi və yekunda xatirə şəkili çəkildi.
    Tədbirdə  150  nəfər  iştirak etmişdir .

Keçidlər