Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar olaraq Ağcabədi Pedaqoji Kollecində tədbir keçirilib.

11 dekabr 2017 | 11:00

11 dekabr 2017-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyəti, Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və YAP Ağcabədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Ağcabədi rayon Pedaqoji Kollecində Anım tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Ağcabədi Rayon Pedaqoji Kollecin direktor müavini Rövşən Bayramov Dahi Lider Heydər Əliyevin əziz xatirəsini 1 dəqiqəlik sukutla yad etdikdən sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edib.

Ağcabədi Rayon Pedaqoji Kollecin müəllimi Şahin Rəhimov məruzə ilə çıxış edərək Dahi Liderin şərəfli həyat yoluna ətraflı nəzər salmışdır.

Daha sonra Rayon İcra Hakimiyyəti Başçısının müavini - RİHB aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolundan bəhs edərək bildirmişdir ki, Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdiyi ilk illərdə daxili siyasi vəziyyətin sabitləşməsi, uğurlu xarici siyasətin yeridilməsi, iqtisadiyyatın inkişaf etməsi Ulu Öndərin misilsiz fəaliyyəti nəticəsinə mümkün olmuşdur.

Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa, Ağcabədi Rayon Pedaqoji Kollecin direktoru Mirələm İbrahimli, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Telmanqızı, Ağcabədi Rayon Pedaqoji Kollecin müəllimi Bəxtiyar Əliyev çıxış edərək Ulu Öndərimizin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışıblar. Qeyd edilib ki, dahi şəxsiyyət Heydər Əliyev keçmiş sovetlər dövründə və müstəqillik illərində Azərbaycana rəhbərlik edərkən respublikamız böyük inkişaf yolu keçmişdir. Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı ümummilli liderin adı ilə bağlı olmasın.

Keçidlər