Ağcabədi Rayon Mərkəzi xəstəxanasında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir .
08 dekabr 2017-ci il tarixdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə ,Rayon Mərkəzi xəstəxanasında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Ağcabədi Rayon Mərkəzi xəstəxanasının baş həkimi Rəhbər Əziziov Ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsini 1 dəqiqəlik sukutla yad etdikdən sonra Azərbaycan həkimlərinə, eləcə də müxtəlif sahələrə göstərilən xüsusi diqqət və qayğıdan danlşaraq, xoş fikirlərini , təəsüratlarını tədbir iştirakçılarının diqqətinə çatdırmışdı.
Tədbidə Ağcabədi Rayon Mərkəzi xəstəxanasının həkimləri çıxış edərək Ulu öndərimiz Heydər Əliyevin keçdiyi həyat yolundan , Heydər Əliyev siyasi kursunun uğurlu nəticələrindən geniş bəhs etmişdilər.
Tədbirin sonunda RİHB aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Təyyar Hacıyev çıxış edərək bildirmişdir ki, “Həyatın mənası çox və ya az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır”, - fikrini xatırladaraq demişdir: Bütün bunlara görə hələ öz sağlığında xalqın Ümummilli Lideri səviyyəsinə yüksələn möhtərəm Heydər Əliyev heç vaxt unudulmayacaq, daim Azərbaycan xalqının qəlbində yaşayacaqdır.