Ulu Öndər Heydər Əliyevin “Anım günü” ilə əlaqədar olaraq N saylı hərbi hissənin əsgər və zabit heyəti ilə görüş keçirilmişdir.
Tədbirdə C.İbrahimov adına Ağcabədi şəhəri 8 saylı tam orta məktəbin direktoru Anar Qasımov və digər qonaqlar çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən, Azərbaycanın Dövlət Müstəqilliyinin möhkəmlənməsi, ölkənin iqtisadi inkişafı ilə bağlı fəaliyyətindən, ölkəmizin beynəlxalq miqyasda tanınması və dünya birliyinə inteqrasiya etməsində dahi şəxsiyyət Heydər Əliyevin gördüyü işlərdən danışıblar. Natiqlər eyni zamanda vurğulayıblar ki, Ulu Öndər 14 ildir ki, cismani cəhətdən aramızda olmasa da onun ideyaları yaşayır və Azərbaycan xalqını qələbədən- qələbəyə aparır. Ümumilli liderin siyasi varisi, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir.
Tədbirin yekununda şəhər 8 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya dinlənilmişdir.