Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar olaraq N saylı hərbi hissənin əsgər və zabit heyəti ilə görüş keçirildi

08 dekabr 2017 | 11:00

12 Dekabr – Ümummilli Lider Heydər Əliyevin “Anım günü” ilə əlaqədar olaraq 07 dekabr 2017-ci il tarixdə Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissənin əsgər və zabit heyəti ilə Ağcabədi Pedaqoji Kollecinin müəllim və tələbələrinin görüşü olmuşdur.

Tədbirdə Pedaqoji Kollecin müəllimləri Rövşən Bayramov və Bəxtiyar Əliyev  çıxış  edərək, Ümummilli Lider  Heydər Əliyevin Azərbaycan xalqı  qarşısında  misilsiz  xidmətlərindən, Azərbaycanın  Dövlət Müstəqilliyinin  möhkəmlənməsi, ölkənin  iqtisadi inkişafı ilə bağlı fəaliyyətindən, ölkəmizin beynəlxalq  miqyasda tanınması və dünya  birliyinə inteqrasiya etməsində dahi  şəxsiyyət  Heydər  Əliyevin gördüyü  işlərdən  danışıblar.  Natiqlər eyni  zamanda  vurğulayıblar ki,  Ulu  Öndər  14 ildir ki,  cismani  cəhətdən aramızda  olmasa  da  onun  ideyaları yaşayır  və Azərbaycan  xalqını  qələbədən- qələbəyə  aparır. Ümumilli liderin siyasi varisi, ölkə  Prezidenti, Yeni  Azərbaycan Partiyasının sədri  cənab  İlham Əliyevin rəhbərliyi altında   Ulu  Öndərin  siyasi  kursu  uğurla davam  etdirilir.

Keçidlər