Ağcabədi rayonu ərazisindəki “N” saylı hərbi hissədə 12 Noyabr - Konstitusiya günü münasibətilə tədbir keçirilib.
12 noyabr 2017-ci il tarixdə Ağcabədi rayonu ərazisindəki “N” saylı hərbi hissədə Konstitusiya günü münasibətilə tədbir, həmçinin gənc əsgərlərin hərbi andı qəbuletmə mərasimi keçirilib.
Tədbirdə iştirak edən .Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Naibə Mustafayeva çıxış edərək bu əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. O, çıxışında qeyd edib ki, Müstəqil Azərbaycan Respublikasının əldə etdiyi bugünkü uğurlarının hüquqi başlanğıcında da məhz Ümummilli Lider Heydər Əliyevin həyat verdiyi Azərbaycanın ilk konstitusiyasının Azərbaycan xalqı tərəfindən qəbul edilməsi idi ki, bununla Azərbaycan dövləti, xalqı öz firavanlığının , azadlığının və təhlükəsizliyinin bərqərar edilməsinə, keçmiş, indiki və gələcək nəsillər qarşısında tarixi məsuliyyətini bəyan etmiş oldu. 1995-ci ildə Azərbaycan Respublikasının Əsas Qanunun qəbulu təkcə ölkədə yeni hüquqi bazanın yaradılması demək deyildi. Bu, mahiyyət etibarilə Azərbaycanda müstəqil dövlət quruculuğu tarixində keyfiyyətcə yeni səhifənin açılması idi.
Daha sonra gənc əsgərlərin təntənəli andiçmə mərasimi keçirilib. Mərasimdə şəhid ailələrinin üzvləri, hərbi hissələrin komandanlığı, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər gənc əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.