Ağcabədi rayonu Yuxarı Qiyaməddinli kəndində Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun kənd sakinləri ilə səyyar qəbulu - görüşü olmuşdur.
11 iyul 2013 -cü il tarixdə saat 10:00 –da Ağcabədi rayonu Yuxarı Qiyaməddinli kəndində Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun kənd sakinləri ilə səyyar qəbulu - görüşü olmuşdur.
Qəbulda Rayon İcra Hakimiyyəti Başçısının müavinləri , şöbə müdirləri , aparatın məsul işçiləri , xidmət təşkilatlarının rəhbərləri,kənd icra nümayəndəsi, bələdiyyə sədri və üzvləri , kənd ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, torpaq mülkiyyətçiləri, sahibkarları cəmi 471 nəfər iştirak etmişdir.
Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov çıxış edərək bildirmişdir ki, son illərdə Respublikamızda, eləcə də rayonumuzda Dövlət qayğısının nəticəsi olaraq əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin aradan qaldırılması istiqamətində xeyli işlər görülmüşdür. Rayon rəhbəri respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş quruculuq və abadlıq işlərində ətraflı danışmışdır.
Rayon rəhbəri qeyd etmişdir ki, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olması bu gün dövlətimizin əsas inkişaf meyarlarını səciyyələndirən amillərdən biridir.
Keçirilən səyyar qəbul – görüş zamanı kənd sakinləri tərəfindən kənd həkim məntəqəsində həkim ştatının olmaması, pay torpaqların suvarılması üçün subartezian quyusunun, içməli su artezianın qazılması, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin və xəttlərinin təmir edilməsi və digər məsələlər ilə bağlı problemlər qaldırılmış və rayon rəhbərindən köməklik göstərməsi xahiş olunmuşdur.
Keçirilən səyyar qəbul – görüş zamanı kənd sakinləri tərəfindən göstərilən diqqət və qayğı üçün ölkə Prezident cənab İlham Əliyevə minnətdarlıq olunmuş və hər zaman onun düzgün və məqsədyönlü siyasətini dəstəklədiklərini bildirmişlər.
Kənd sakinlərinə problemlərin həlli ilə bağlı ətraflı izahat verilməklə, məsələlərin həlli üçün müvafiq təşkilatlara aidiyyəti üzrə lazımi tapşırıq və göstərişlər verilmişdir.