Şriftin ölçüsü :

Saytın rəngi :

12 dekabr - Ulu öndərin Anım günüdür

12 dekabr 2023 | 20:20
Ölkəmizin hər bir yerində bu gün Ulu öndər böyük ehtiramla yad edilib, xatirəsi anılıb.
Ağcabədidə də səhər saatlarından başlayaraq dahi liderin rayon icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi ziyarət edilib, önünə çiçək dəstələri düzülüb.
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP Ağcabədi rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də şəhid ailələrinin üzvləri anım mərasimində iştirak ediblər.
Sonra iştirakçılar Heydər Əliyev Mərkəzini ziyarət edib, burada da dahi liderin büstü önünə çiçək dəstələri düzərək, onun ruhunu ehtiramla yad ediblər. Məzrkəzin direktor səlahiyyətlərini müvəqqəti icra edən Ruhin Hüseynov ümummilli liderin həyat və fəaliyyətinin əks olunduğu eksponatlar haqqında məlumat verib.
Daha sonra Ağcabədi Qəhrəmanlar Parkında yanar alov, həmçinin Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında dahi liderin büstü ziyarət olunub.
Anım mərasimi ehsan süfrəsində davam etdirilib.
Qeyd edək ki, ziyarət axşam saatlarınadək davam edib.
Keçidlər