28 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağcabədi rayonuna səfərinin yekunu ilə əlaqədar iclas keçirilmişdir.
30 noyabr 2017-ci il tarixdə rayon Mədəniyyət Mərkəzində 28 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağcabədi rayonuna səfərinin yekunu ilə əlaqədar iclas keçirilmişdir.
İclasda Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanları,idarə və müəssisə rəhbərləri,rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibatı ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, YAP ərazi ilk partiya təşkilatlarının sədrləri, məktəb direktorları, körpələr evi-uşaq bağçalarının müdirləri, fermer və sahibkarlar iştirak etmişdir.
İclası giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağcabədi rayonuna səfəri bütün ağcabədililər üçün əsl bayramdır. Cənab Prezident İlham Əliyev Ağcabədi rayonuna səfəri çərçivəsində Bayraq Muzeyinin, Ağcabədi rayonunda yeni çörək və un məmulatları zavodunun, Ağcabədi Olimpiya İdman Kompleksinin, Tarix-Diyarşünaslıq Muzeyinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa edilmiş 4 nömrəli körpələr evi–uşaq bağçasının açılışını edərək, həmin obyektlər və şəhərdə görülən abadlıq-quruculuq işləri yaxından tanış olmuş, məmnunluğunu bildirdirmişdir. Rayon rəhbəri qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağcabədi rayonuna səfəri bizləri daha da ruhlandıraraq, öz işimizə əzimkar və məsuliyyətli olmağa sövq edir.
Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov kənd təsərrüfatı sahəsində görülmüş işlər barədə məlumat vermişdir. Pambıqçılıq və baramaçılığın inkişafının sakinlərin işlə təminatında mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən rayon rəhbəri yüksək məhsuldarlığın əldə edilməsi üçün bu sahədə görüləcək işlərə dair öz tapşırıq və tövsiyələrini vermişdir.