Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda rabitə işçilərinin peşə bayramı qeyd edildi.

07 dekabr 2017 | 11:00

06 dekabr 2017-ci il tarixdə saat 10:00 –da Ağcabədi Rayon Icra Hakimiyyətində  rabitə işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirildi. Tədbir İştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyəti binasının qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, Onun xatirəsini yad etdilər. Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva rabitə işçilərini təbrik edərək qeyd etdi ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri öz peşə bayramlarını qeyd edirlər.eşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Belə ki, 1881-ci il dekabrın 6-da Bakıda “Nobel qardaşları” cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilmişdir. Azərbaycanda rabitə sahəsi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf etməyə başlayıb. Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü 70-80-ci illərə təsadüf edir. Həmin illərdə respublikaya rəhbərlik etmiş Heydər Əliyevin bu sahənin inkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqət o dövrün rəsmi sənədlərində geniş şəkildə öz əksini tapır.Daha sonra bir sıra rabitə işçisinə Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanı təqdim edilmişdir.

Keçidlər