Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonu Qaravəlli kəndi təbii qazla təmin olunub

08 noyabr 2017 | 11:00

8 noyabr 2017-ci il tarixdə Dövlət Bayrağı günü ərəfəsində Ağcabədi rayonunun Qaravəlli kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.
732 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 4 min 22 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 33 min 737 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov, Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Azər Musayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov çıxış edərək  bildirib ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Əhalinin həyat şəraitinin yüksəldilməsi üçün dövlətimiz tərəfindən xeyli işlər görülür və sürətlə başlayan inkişaf nəticəsində ölkəmiz lider ölkələr sırasında bayrağını qürurla dalğalandırır .Bunun da bariz nümunəsidir ki, bu gün Qaravəlli  kəndinə təbii qazın verilməsi təmin olunub. Kəndin bütün əhalisinin mavi yanacaq ilə təmin olunması bütün regionlarımızda dövlətimiz tərəfindən həyata keçirilən modern inkişaf və müasirləşmə imkanlarının sübutudur və əhaliyə dövlət qayğısının bariz nümunəsidir. O, qeyd edib ki, son illərdə Respublikamızda, eləcə də rayonumuzda dövlət qayğısının nəticəsi olaraq əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından, problemlərinin aradan qaldırılması üçün xeyli işlər həyata keçirilib.
Çıxışının sonunda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına diqqət və qayğıya görə rayon əhalisi və öz adından minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən sakinlər kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədova minnətdarlıqlarını bildiriblər.

Keçidlər