Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 02 Iyul – Polis işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir.

03 iyul 2013 | 10:00

   Tədbirin birinci hissəsində tədbir iştirakçıları Rayon İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsinin önünə tər çiçək dəstələri düzərək, Onun əziz xatirəsini yad etmişlər.
    Tədbirin ikinci hissəsi Şəhər Mərkəzi Stadionunda  davam etdirilmişdir. Ağcabədi rayon Polis şöbəsinin rəisi Şamil Seyidli  tədbiri açaraq, ilk öncə bütün bu sahədə çalışan hər bir kəsi təbrik etdi və bildirdi ki, Bu gün Azərbaycan polisinin yaradılmasından 95 il ötür. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan polisinin işini həmişə yüksək qiymətləndirmiş və ona arxa, dayaq olmuşdur. Bu diqqət və qayğını Azərbaycan polisi bu gün də Ulu Öndərin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin simasında da hiss edir.
   Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov çıxış edərək bildirmişdir ki, idarəsi cəmiyyət həyatının bütün sahələri üçün hava və su kimi vacib olan ölkədaxili sabitliyi yaradan və qoruyan, vətəndaşın asayişini mühafizə edən, dövlətin, vətəndaşların qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə  yerinə yetirən  polislərin yəni Daxili İşlər Naziriliyinin əməkdaşlarının bayramıdır. Mən bu gün münasibəti ilə bütün polisləri  təbrik edirəm. Rayon rəhbəri qeyd etmişdir ki,doğrudur Azərbaycan polisinin yaranma tarixi daha keçmişə,ötən əsrin iyirminci illərinə təsadüf edir.Amma yenidən Ümummilli Lider  Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı fərmanla hər il iyulun 2-si "Azərbaycan polisi günü" kimi keçirilməsinə başlanmışdır. Yeni Azərbaycan polisinin fəaliyyəti daha səmərəli,dövlət vəxalq üçün əhəmiyyətlidir. Azərbaycan polisinə qarşı bu diqqət və qayğı cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
   Tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təbrik məktubu oxunmuş, rütbələrində yüksələn polis əməkdaşlarına  yeni rütbələr təqdim edilmişdir.
   Daha sonra  02 Iyul – Polis işçilərinin peşə bayramı münasibəti ilə mini futbol turnirinin qalibinə fəxri fərman, hədiyyələr verilmişdir.
  Tədbirdə səmərəli fəaliyyətinə görə fərqlənən 2 nəfər polis işçisinə Rayon İcra Hakimiyyəti tərəfindən 0.06 sot həyətyanı torpaq sahəsi və bir qrupuna Fəxri Fərman verilmişdir.
  Tədbir  polislərə hədiyyələrin  verilməsi ilə başa çatmışdır.
.

Keçidlər