Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi Ağcabədidə silsilə tədbirlərlə davam edir.

10 noyabr 2017 | 11:00

Bu günlərdə Ağcabədi Mərkəzi xəstəxana ərazi ilk təşkilatında və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı ərazi ilk təşkilatında daha iki tədbir keçirilmişdir.Ağcabədi Mərkəzi xəstəxanasında keçirilən tədbiri Mərkəzi xəstəxana ərazi ilk təşkilatının sədri Azad Hüseynov açdı.Azərbaycanının Dövlət Himni səsləndi.Ulu Öndər Heydər Əliyevin və dünyasını dəyişən YAP üzvlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Tədbirdə Ağcabədi rayon Mərkəzi xəstəxanasının Baş həkimi Rəhbər Əzizov, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova, Heydər Əliyev Mərkəzinin direktoru, YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Məhsəti Ağayeva, Uşaq poliklimikasının həkimi Aytən Nuriyeva, tibb bacısı Xəyalə Baxışova çıxış edərək siyasi həmfikirlərini bayram münasibətilə təbrik etdilər.Tədbirdə YAP Ağcabədi rayon təşkilatının Rövşən Əhmədov çıxış edərək, YAP-ın yaranması, inkişafı həmçinin ölkənin ictimai-siyasi həyatında oynadığı rol barədə məlumat verdi.Tədbirdə YAP sıralarına daxil olan bir qrup gəncə vəsiqələr təqdim edildi, YAP-ın yaradılmasının 25 illiyinə həsr edilmiş videofilm nümayiş etdirildi.ADPU-nun Ağcabədi filialında Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-illiyi münasibətilə keçirilən elmi-praktik giriş sözü ilə filialın direktoru Mətanət Fərzəliyeva açaraq qeyd etdi ki, bu gün çox əlamətdar tarixi bir hadisəni, Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyini qeyd edirik. Ulu öndər tərəfindən yaradılan bu partiya xalqımızı ağır vəziyyətdən çıxararaq müstəqil dövlətimizin varlığını təmin etdi. Sonra ictimai, təbiət fənləri və onların tədrisi metodikası kaferdasının dosenti Məhəmməd Hüseynov “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusudur” mövzusunda məruzə edərək göstərdi ki müstəqilliyimizin ilk illərində daxili siyası qarşıdurmanın dərinləşməsi sayəsində ölkədə böhran vəziyyəti qorxulu həddə çatmışdı. Cəmiyyət ümumxalq inamına malik olan ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında Respublikanın bir qrup ziyalısı mətbuatda ona müraciət ünvanladılar. 21 noyabr 1992-ci ildə YAP-ın Naxçıvanda təsis konfransı keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi. YAP qısa bir müddətə geniş şöhrət qazanaraq cəmiyyətin bütün təbəqə və kateqoriyalarından olan sağlam qüvvələri öz ətrafında birləşdirə bilmiş, ümumxalq partiyası olmaq istiqamətində uğurlu addımlar atmışdır. “YAP dünənin, bugünün və gələcəyin partiyasıdır” mövzusunda

məruzə edən fəlsəfə üzrə fəlsəfə doktoru Mahir Səlimov qeyd etdi ki, YAP dünənin, bugünün və gələcəyin partiyası olmaqla hüquqi dövlət və vətəndaş cəmiyəti quruculuğu ideyalarını həyata keçirmək, ölkədə sivil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olmaq, insan hüquq və azadlıqlarının təminatı, güclü və sosial yönümlü iqtisadiyyat, sosial ədalət və hər bir Azərbaycan vətəndaşının təminatı, rifahı uğrunda mübarizə aparır. ADPU ərazi ilk təşkilatının sədri Anar Kərimli “YAP-ın gənclər siyasəti” mövzusunda məruzə edərək bildirdi ki, YAP yarandığı ilk dövrlərdən gənclərə xüsusi diqqət və qayğı ilə yanaşmış müstəqil dövlətimizin gələcəyi olan gənclərin dövlətin qanunvericilik və icra strukturlarında mövqe tutmalarına, onların cəmiyyətdə gedən ictimai siyasi proseslərdə yaxından iştirak etmələrinə nail olmuşdur. Məhz bu qayğının nəticəsində YAP-ın sıralarına gənclərin axını daim artmaqdadır.

Məruzələr ətrafında çıxışlarda pedaqogika üzrə fəlsəfə doktoru Tahir Kərimli şıxış edərək YAP-ın müstəqil dövlətimizin tarixində oynadığı roldan danışdı. Natiq qeyd etdi ki, siyasi partiya olmaqla YAP ümumxalq partiyası olmaq səviyyəsinə qalxaraq xalqı düşdüyü ağır vəziyyətdən çıxararaq müstəqilliyimizi qoruyub, inkişaf etdirir.

Konfransda iştirak edən YAP-ın Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan YAP-ın keçdiyi şanlı tarixdən, əldə etdiyi uğurlardan danışdı. Sonra R.Əhmədov YAP-ın Ağcabədi rayon təşkilatının 14 mindən artıq üzvü olduğunu və təşkilatın rayonda həyata keçirilən sosial-iqtisadi quruculuq işlərində fəal iştirak etdiyini və bu sahədə ADPU-nun Ağcabədi filialı ərazi ilk təşkilatının rolunu da xüsusilə vurğuladı.

Sonda YAP-a daxil olan bir qrup gəncə YAP-ın üzvlük biletləri təqdim olundu.

Tədbir YAP-ın 25 illiyinə həsr edilmiş videoçarxın nümayişi ilə başa çatdı.

Keçidlər