Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bayram tədbiri keçirilib

10 noyabr 2017 | 11:00

9 noyabr 2017-ci il tarixdə Ağcabədi rayonu Yaqub Məmmədov adına Mədəniyyət Mərkəzində “Dövlət Bayrağı Günü” münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, rayonun idarə, müəssisə və təşkilatları, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə tədbir iştirakçıları Mədəniyyət Mərkəzinin foyesində “Dövlət Bayrağə Günü”nə həsr edilmiş əl işləri və rəsmlərdən ibarət sərgiylə tanış olublar. Daha sonra mərkəzin zalında Dövlət Himninin səsləndirilməsi ilə bayram tədbiri açıq elan olunub.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov çıxış edərək bildirib ki, milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. 1919-cu ildə keçirilən Paris Sülh Konfransında bayrağımız Parisdə dalğalanıb. Bayrağımız 1920-ci ilin aprel işğalınadək dövlətimizin başı üzərində dalğalanmış, süqutdan sonra yasaq edilərək yığışdırılmışdır.
Ş.Məmmədov qeyd edib ki, 17 noyabr 1990-cı il tarixdə Naxçıvan Ali Məclisinin sesiyasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımızın Dövlət Bayrağı elan edilməsi ilə bağlı qərar qəbul edilmişdir. 2009-cu ilin noyabr ayında isə Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Daha sonra bayram tədbiri Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi ədəbi-bədii kompozisiya proqramı ilə davam edib. Tədbirdə musiqilər ifa olunmuş, məktəblilərin şeir parçaları dinlənilib. Eyni zamanda Dövlət Bayrağı Gününə həsr edilmiş video-slayd nümayiş etdirilib.

Keçidlər