Ağcabədi rayonunda Kənd Təsərrüfatı işçilərinin peşə bayramı qeyd olunub.
1 noyabr 2017-ci il tarixdə rayonun kənd təsərrüfatı işçiləri Ağcabədi şəhərinin mərkəzi meydanına gələrək rayon İcra Hakimiyyəti binasının qarşısında ucaldılmış Ümummilli Liderimiz Heydər Əliyevin möhtəşəm heykəlinin önünə çiçək dəstələri düzmüş, dahi rəhbərin xatirəsini ehtiramla yad etmişlər.
Burada keçirilən tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılma şöbəsinin müdiri Xaliq Mirzəyev tədbir iştirakçılarını salamlayaraq “1 Noyabr – Kənd Təsərrüfatı işçilərinin peşə bayramı“ münasibəti ilə kənd təsərrüfatı sahəsində çalışan hər kəsi təbrik edib və onlara kənd təsərrüfatının müasir tələblərə cavab verən şəkildə inkişaf etdirilməsində, gələcək işlərində uğurlar arzulayıb. O, Ulu Öndər Heydər Əliyevin başladığı islahatların uğurla həyata keçirilməsindən, ölkə rəhbərliyinin kənd təsərrüfatı məhsulları istehsalçılarına qayğısından danışaraq qeyd etmişdir ki, ölkəmizdə aparılan aqrar islahatların həyata keçirilməsinə və kənd təsərrüfatının inkişafına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən hər zaman diqqət və qayğı göstərilir, kənd təsərrüfatı işçilərinin əməyi yüksək qiymətləndirilir. Olkənin hər yerində olduğu kimi, Ağcabədi rayonunda da aqrar sektorun inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır. Sahibkarlığa göstərilən dövlət qayğısı nəticəsində yeni istehsalat müəssisələri yaradılır, bitkiçilik və heyvandarlıq inkişaf etdirilir.
Sonda bir qrup kənd təsərrüfatı işçisi Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı ilə təltif olunub.