Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə pambıq tədarükünün hazırki vəziyyəti ilə bağlı müşavirə keçirilib

07 noyabr 2017 | 11:00

6 noyabr 2017-ci il tarixdə Ağcabədi rayon Y.Məmmədov adına Mədəniyyət Mərkəzində keçirilən müşavirədə pambığın tədarükündə mövcud vəziyyət, məhsulun vaxtında və itkisiz yığılması üçün qarşıda duran vəzifələr müzakirə olunub.

Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, pambıq istehsalçılarının, fermerlərin, pambıq qəbulu məntəqələrinin əməkdaşlarının, kənd inzibati ərazi nümayəndələri və bələdiyyə sədrlərinin iştirak etdiyi toplantıda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək, pambıqçılığın inkişafının prioritet məsələ kimi qarşıya qoyduğunu diqqətə çatdırıb, bu istiqamətdə görülən işlərdən danışıb.

Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən pambıqçılığın inkişafına verilən dəstək Ağcabədi rayonunun pambıq istehsalçılarında böyük ruh yüksəkliyi yaradıb. Bu il rayonda 9550 hektar sahədə pambıq əkilib ki, bu da ötən illə müqayisədə 2,6 dəfə çoxdur. Becərmə işləri vaxtı-vaxtında həyata keçirilib, tarlalarda bol məhsul yetişib və bu məhsulun yığımı sürətlə davam edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən respublika üzrə pambıq tədarükündə Ağcabədi rayonu ilk beşlikdədir. “Hava şəraitini nəzərə alaraq yerli icra nümayəndələri, bələdiyyələr, pambıq mülkiyyətçiləri, pambıq zavodlarının rəhbərləri məhsulun itkisiz və qısa müddətdə yığımı başa çatdırmaq üçün bütün qüvvələri sərf etməlidirlər. Bunun üçün pambıq yığan briqadaların sayı artırılmalı, tarlalarda zəhmətlə becərilmiş məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün imkanlardan maksimum istifadə olunmalıdır”, – deyə Ş.Məmmədov qeyd edib.

Müşavirədə pambıq yığımı ilə bağlı qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün müvafiq orqanların rəhbərlərinə tapşırıqlar verilib.

Keçidlər