Şriftin ölçüsü :

Saytın rəngi :

“Seyid İsmayıl Ağa” məscidi dini icmasında “İslam həmrəyliyi dövrün tələbidir” mövzusunda tədbir keçirildi

25 oktyabr 2017 | 11:00

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icması 25.10.2017-ci il tarixdə Ağcabədi rayonu Muğanlı kənd klubunda “İslam həmrəyliyi dövrün tələbidir” adlı layihə çərçivəsində sayca beşinci maarifləndirici tədbir keçirtmişdir. Tədbirdə 89 nəfər iştirak etmişdir.

Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşı Cavid Məlikzadə, Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev, Ağcabədi rayon Muğanlı kənd bələdiyyəsinin sədri Nəcəfqulu Quliyev, dindarlar və icma üzvləri iştirak etmişdilər.

Tədbiri giriş sözü ilə Muğanlı kənd “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev açaraq tədbir iştirakçılarına bu tədbirin mahiyyəti barədə məlumat verərək bildirdi ki, 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan edilməsi Cənab prezident İlham Əliyevin müdrik,

düşünülmüş və uzaqgörən addımı istər ölkəmiz baxımından, istərsə də dünya miqyasında strateji əhəmiyyətə malikdir.

Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev məruzə edərək bildirdi ki, 2017-ci ilin respublikamızda “İslam Həmrəyliyi İli”nin elan edilməsi müsəlman dünyasında baş verən qarşıdurmaların qarşısının alınması və İslam ölkələri arasında həmrəyliyin yaradılması işinə öz töhfəsini verəcək. 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi İslam dünyasındakı mövcud problemlərin, çətinliklərin, ayrı-ayrı İslam ölkələri arasındakı müəyyən qarşıdurma və ziddiyyətlərin aradan qaldırılması istiqamətində addımların atılmasına və burada müəyyən nailiyyətlərin əldə edilməsinə çox böyük təsir göstərəcək. Fəxrlə onu da qeyd edək ki, İslam dünyasında böyük nüfuza malik olan, çoxkonfessiyalı Azərbaycan sivilizasiyalararası dialoqun məkanına çevrilib. Milli müstəqilliyin bərpasından sonra respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsində və dini etiqad azadlığının təminatında çox əhəmiyyətli işlər görülüb. Təsadüfi deyil ki, Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü böyük işlər dini etiqad azadlığına geniş imkanlar açdı və nəticədə dini icmaların normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldı.

Daha sonra məruzə üçün söz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə əməkdaşı Cavid Məlikzadəyə verildi. Cavid Məlikzadə bildirdi ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi

bütün dünyaya və bir-birimizə qarşı dözümlü olamağı, həmrəy olmağı, dinlər və məzhəblər arasında dialoq qurmağı bacarmaq çağırışıdır. Natiq bildirdi ki, İslam həmrəyliyi təkcə bizim dövlətimiz üçün deyil, həm də digər dövlətlərin ehtiyacı olduğu bir ideyadır. Azərbaycan respublikası da hazırda erməni terroruna məruz qalmışdır və təəssüf ki, dünya dövlətləri bu məsələyə hələlik biganəlik göstərirlər.

Keçidlər