Ağcabədi rayonunda aparılan işlərin gedişatı ilə bağlı iclas keçirilmişdir.
01 iyul 2013-cü il tarixdə saat 17:00 –da Ağcabədi rayonu Y.Məmmədov adına rayon Mədəniyyət evində rayon ümumtəhsil məktəblərinin IX, XI siniflərində buraxılış imtahanlarının nəticələri, taxıl biçininin vəziyyəti və təhlükəsizlik məsələləri, abadlıq –quruculuq işlərinin gedişi və qarşıda duran vəzifələrə dair iclas keçirilmişdir.
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tədbiri açaraq, ölkə Prezidenti cənab İlham Əliyevin dəstək və qayğısı nəticəsində, Regionların sosial-iqtisadi inkişafı Proqramına müvafiq olaraq, respublikamızda, o cümlədən Ağcabədi də sosial-iqtisadi inkişaf siyasətinin uğurla həyata keçirildiyini, əhalinin vəziyyətinin yaxşılaşdığını və bu sahədə işlərin davam etdirildiyini bildirmişdir. Hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Əhalinin həyat şəraitinin yüksəldilməsi üçün dövlətimiz tərəfindən xeyli işlər görülür və sürətlə başlayan inkişaf nəticəsində ölkəmiz lider ölkələr sırasında bayrağını qürurla dalğalandırır. Rayon rəhbəri son dövrdə rayonda tikinti-quruculuq işlərinin geniş vüsət aldığını, rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında yerləşən Heydər Əliyev meydanında abadlıq işləri aparılmasını, Heydər Əliyev prospektində yerləşən müasir tipli Qonaq evinin və Ü.Hacıbəyli prospektində yerləşən 150 yerlik uşaq bağçasının binasının tikilib başa çatdırılmasını, Olimpia Kompleksinin ,Yeni Azərbaycan Partiyasının inzibati binasının, Gənclər Mərkəzinin və digər obyektlərin tikintisinin davam etdirilməsini qeyd etmişdir.
Rayon rəhbəri çıxışının sonunda bildirdi ki, 2013- cü ilin Prezident seçkiləri ilidir. Biz ağcabədililər həmişə olduğu kimi, bu ildə də Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev dəstəkləməklə, Azərbaycanın xoşbəxt gələcəyinin qarantı İlham Əliyevə səs verəcəyik.
İclasda çıxış edən Rayon Təhsil şöbəsinin müdiri Mehdi Əhmədov rayonun ümumtəhsil məktəblərinin IX, XI siniflərində buraxılış imtahanlarının son nəticələri ilə bağlı iclas iştirakçılarını məlumatlandırdı.
Tədbir iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələrlə yekunlaşdı.
Tədbirdə 350 nəfər iştirak etmişdir.