Ağcabədi rayonunda YAP-ın 25 illik yubileyi ilə əlaqədar Şahmat turnirinin keçirilməsinə start verilmişdir.
Oktyabr ayının 24-də YAP Ağcabədi rayon təşkilatının tədbirlər planına müvafiq olaraq məktəblilər arasında “Şahmat məktəbi” ərazi ilk partiya təşkilatı ilə birlikdə Pariyanın yaradılmasının 25-ci ildönümü münasibətilə Şahmat turnirinin keçirilməsinə start verilmişdir.
Tədbirdə YAP Ağcabədi rayon təşkilatının baş məsləhətçisi Ramil Nağıyev, Ağcabədi rayon Təhsil Şöbəsinin məsul işçisi Baxşeyiş Mamedov iştirak etmişlər.
Tədbiri giriş sözü ilə “Şahmat məktəbi” ərazi ilk partiya təşkilatının sədri Cavanşir Məmmədov açaraq YAP-ın yaranma tarixi barədə geniş danışaraq yubiley münasibətilə rayonumuzda silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırdı. Həmin tədbirlər çərçivəsində Şahmat məktəbində məktəblilər arasında turnirinə bu gün start verildiyini qeyd etdi. O, partiyamızın sədri cənab İlham Əliyevin Respublikamızda idmana gösdərdiyi xüsusi diqqət və qayğını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Cavanşir Məmmədov onu da qeyd etdi ki, indi sizlərin istifadə etdiyiniz bu gözəl müasir şahmat məktəbinin binası cənab Prezidentin tövsiyəsi əsasında Ağcabədi rayon İcra Hakimiyyətinin yaxından köməyi ilə tikilmişdir. 2011-ci ildə istifadəyə verilmiş Şahmat məktəbinin açılışında ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev özü şəxsən iştirak etmişdir.
YAP Ağcabədi rayon təşkilatının baş məsləhətçisi Ramil Nağıyev çıxış edərək YAP –ın 25 illik yubileyi münasibətilə gəncləri təbrik edərək onlara möhkəm can sağlığı, idmanda və təhsildə uğurlar arzu etdi.
Ramil Nağıyev öz çıxışında YAP-ın yaradıcısı, Azərbaycanın xilaskarı Ulu Öndər Heydər Əliyevin dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışaraq bu gün də onun layiqli varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında partiyanın böyük inkişaf yolunda olduğunu, eyni zamanda onun çoxşaxəli fəaliyyəti nəticəsində qazanılmış uğurlar barədə geniş məlumat verdi.
Rəsmi hissədən sonra Şahmat yarışına start verildi. Yarış İsveçirə sisteminə uyğun olaraq 7 gün ərzində yekunlaşacaqdır.