Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasında “İslam həmrəyliyi məhzəb ayrıseçkiliyinə qarşıdır” mövzusunda tədbir keçirildi

26 oktyabr 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icması 26.10.2017-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetin Ağcabədi filialında “İslam həmrəyliyi məhzəb ayrıseçkiliyinə qarşıdır” adlı layihə çərçivəsində sonuncu -altıncı maarifləndirici tədbir keçirtmişdir.

Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşları, Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva, müəllimlər, tələbələr və icma üzvləri iştirak etmişdilər.

Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Pedaqoji Universitetin Ağcabədi filialının direktoru, dos. Mətanət Fərzəliyeva açaraq çıxışında qeyd etdi ki, “İslam Həmrəyliyi İli” bütün dünya dinlərinin nümayəndələrini birləşməyə, qarşılıqlı anlaşmaya və dialoqa çağırır. Bu, Azərbaycanın təşəbbüsü ilə dünyaya yeni çağırışdır. Və həm də müasir dünyanın mübtəla olduğu irqçilik və islamofobiya məsələlərinə qarşı ən yaxşı tədbirdir.

Bilirsiniz ki, Azərbaycan Respublikası Prezidentinin məlum sərəncamına əsasən bu tipli tədbirlər Respublikazmızın bütün şəhər və rayonlarında fəaliyyət göstərən dini icmaların əksəriyyətində maarifləndirici tədbir kimi həyata keçirilir. “Seyid Mürsəl Ağa” məscidi dini icması da bu tədbirlə bu gün bizim kollektivin professor, müəllim və tələbə heyətini məlumatalandırır. Buna görə də “İslam həmrəyliyi məzhəb ayrıseçkiliynə qarşıdır” mövzusunda məruzə etmək üçün sözü dini icmanın sədri Zeynəb Quliyevaya verirəm.

Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva tədbir iştirakçılarına bu tədbirin mahiyyəti barədə məlumat verərək bildirdi ki, 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi təkcə İslam aləmində deyil, bütün dünyada mühüm əhəmiyyətə malikdir. Bununla Azərbaycan Prezidenti nəzərə çarpdırır ki, dünyanı həmrəylik xilas edəcək. Bütün dünyanın diqqəti həmrəyliyə yönəlməlidir. Bu mənada bəşəriyyətin xilası kimi həmrəyliyin gündəmə gətirilməsi Azərbaycanın dünyada xilaskarlıq missiyasının yerinə yetirilməsinə öz töhfəsini verməsi mənasını ifadə edir. “İslam həmrəyliyi” ideyasının diqqət mərkəzinə çəkilməsi həm də dünyanın bir çox ölkələrində islam anlayışına birtərəfli və yanlış münasibət bəslənilməsinə aydınlıq gətirilməsinə də çağırışdır. Bu mənada İslamı əsassız olaraq terrorla əlaqələndirməyin, məqsədli şəkildə islamofobiya meyillərini yaymağın dünyaya sülh yox, qarşıdurma, böhran gətirdiyini diqqət mərkəzinə çəkmək, dialoqa, sülhə, həmrəyliyə, qarşılıqlı etimada çağırmaq mühüm bəşəri missiyadır. Heç şübhəsiz, Azərbaycan multikulturalizm sahəsində olduğu kimi, İslam həmrəyliyi istiqamətində də öz örnəyini meydana qoyacaqdır. Biz inanırıq ki, “İslam Həmrəyliyi ili” beynəlxalq ictimaiyyətin diqqətini müsəlman dünyasının mənəvi zənginliyinə, İslam sivilizasiyasına doğru yönəldəcəkdir. 2017-ci il dünya

dövlətlərinin İslam ölkələri ilə dialoqu və həmrəyliyinə layiqli töhfələr verə biləcəkdir. “İslam həmrəyliyi” çağırışı geniş mənada beynəlxalq aləmdə dialoq və həmrəylik anlayışlarını real hərəkata çevirəcəkdir.

Sonra məruzə üçün söz Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyevə verildi. Təyyar Hacıyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi İslam dünyasına birlik, vəhdət və həmrəylik çağırışıdır. Sivil beynəlxalq əməkdaşlığa, beynəlxalq hüquq normalarına, demokratik dəyərlərə hörmətə söykənən Azərbaycan Prezidentinin bu qlobal çağırış təşəbbüsü dünyanın sabitliyi, təhlükəsizliyi və dünya müsəlmanlarının bir araya gəlib qanlı qarşıdurmalara son qoymaq kimi yüksək amallara xidmət edir. Ona görə də bu çağırışı yalnız dinə bağlı, İslam daxilində məzhəblərarası, təriqətlərarası sülhün bərqərar olması ilə məhdudlaşdırmaq olmaz. Digər bir tərəfdən, bu, həm də müsəlman ölkələri arasında iqtisadi, siyasi, psixoloji, mənəvi sahələrdə özünüqoruma və müqavimət hissinin gücləndirilməsi naminə edilən qlobal çağırışdır.

Məruzə ətrafında çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov bildirdi ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin İslam Həmrəyliyi ili elan edilməsi XXI əsrdə bəşəriyyətin mənəvi ehtiyac duyduğu və zamanın tələbinə cavab verən qlobal çağırışdır. Bu çağırış mühüm tarixi əhəmiyyət daşımaqla bərabər, həm də dünyəvi dəyərlərə tapınan, tolerant bir müsəlman dövlətinin beynəlxalq siyasətdə tanınan liderlərdən biri olan Azərbaycan Prezidentinin İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn son dərəcə müdrik və səmimi təşəbbüsdür. Azərbaycan Respublikasının Prezidenti İlham

Əliyevin İslam həmrəyliyinə çağırışı intibah ideallarına, İslam coğrafiyasında olan xalqların və ölkələrin iqtisadi, elmi, mədəni əməkdaşlığına, eyni zamanda İslam dininin irəli sürdüyü bərabərlik, ədalət, mənəviyyat, insanpərvərlik ideyalarına real çağırışları diqqət mərkəzinə çəkməyə xidmət edir. Bu gün Azərbaycan dünya, eləcə də müsəlman dövlətlərinə nümunə ola biləcək bir ölkədir.

Məruzələr ətrafında Ağcabədi filialının müəllimləri – dos. Tahir Kərimli, dos. Mahir Səlimov və tədris işləri üzrə direktor müavini Seymur Quliyev də çıxış edərək, bildirdilər ki, bu tədbirin keçirilməsi və Dövlət Komitəsi tərəfindən nəşr olunmuş müxtəlif adlı və çoxsaylı kitabların İnstitutun müəllim və tələbələrinə paylanmasının özü elə radikalizmə qarşı mübarizənin ən bariz nümunəsidir.

Tədbirin sonunda dinləyicilərin sualları cavablandırıldı və İnstitutun bufetində çay süfrəsi təşkil olundu.

Keçidlər