Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində film nümayişləri davam edir .

23 oktyabr 2017 | 11:00

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində "Azərbaycanda Milli Kino günü" çərçivəsində 23 oktyabr 2017-ci il tarixdə uşaqların iştirakı ilə cizgi filmləri nümayiş olunmuşdur.
          Cizgi film nümayişindən öncə balacalar mərkəzdə  təşkil olunmuş kitab və jurnallardan ibarət “Sehirli Dünyanı Tanıyan Sevir!” adlı sərgi ilə tanış olmuşlar.
Sərgi ilə tanışlıqdan sonra uşaqlar Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmiş “Qızıl” və “Cəsur təyyarə” adlı cizgi filmlərini maraqla izləmişlər.
Növbəti film nümayişi  30 oktyabr  2017-ci il tarixdə təşkil ediləcəkdir.

Keçidlər