Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonu Arazbar kəndində “ Yem Emali Sexi”layihəsinin açılış mərasimi olmuşdur.

21 oktyabr 2017 | 11:00

19 oktyabr 2017-ci il tarixdə Ağcabədi rayonu Arazbar kəndində Azərbaycan və ABŞ hökümətlərinin birgə səyi nəticəsində yerli heyvandarlıq üçün tamamlanmış yem emalı sexi layihəsinin açılış mərasimi olmuşdur.

Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qurban Babayev, ŞQİİ Aran Regional ofisinin rəhbəri Əhməd Məmmədzadə, ABŞ səfirliyinin nümayəndəsi Devid Qallas, ŞQİİ Ölkə üzrə direktor müavini Vaqif Həsənov, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Aran Regional Şöbəsinin müdiri Elbrus Hüseynov , Arazbar kənd İcma İnkişaf Şurasının sədri Cəmilə Məmmədova, Arazbar bələdiyyəsinin sədri Rasim Piriyev və digər qonaqlar iştirak etmişdir.

Layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Azərbaycan höküməti tərəfindən birgə maliyyələşib və Azərbaycanda Sosial –İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı çərçivəsində Şərq- Qərb İdarəetmə İnstitutu( EÜMİ) tərəfindən icra olunubdur.

Layihə, kənddə 1483 nəfərdən çox icma sakinin heyvandarlıq və əkinçilik fəaliyyətinə müsbət təsir göstərəcəkdir. Yeni yem emalı sexi uzun müddət öz həllini tapmamış baha olmayan, qidalı mal-qara yemi çatışmazlığını aradan qaldıracaqdır. Fermerlər artıq yem tapmaq üçün əlavə vaxt və pul itkisinə yol verməyəcəklər.

Qonaqların iştirakı Arazbar kəndində inşa edilən “ Yem Emalı Sexi” nin qırmızı lenti kəsilərək açılışı mərasimi oldu və qonaqlar kənd sakinlərinə açılış münasibəti ilə öz təbriklərini çatdırdılar və onlara bu yem sexinin xeyirli olmasını dilədilər.

Keçidlər