Ağcabədi rayonu Hüsülü və Rəncbərlər kəndlərində Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının Qadınlar Şurası görüş keçirmişdir.
28 iyun 2013-cü il tarixdə Ağcabədi rayonu Hüsülü və Rəncbərlər kəndlərində Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının Qadınlar Şurasının “Kütləvi informasiya vasitələrinin həyatımızda rolu” mövzusunda qadınlarla görüşü olmuşdur.
Görüşdə çıxış edənlər qeyd etdilər ki, İnformasiyanın siyasi proseslərə və münasibətlərə, beynəlxalq və ölkədaxili ictimai rəyə təsir imkanları genişdir. Mətbuat və söz azadlığının təmin edildiyi, demokratikləşmə prosesinin sürətlə inkişaf etdiyi müstəqil Azərbaycan dünya birliyinə inteqrasiya edərkən beynəlxalq informasiya məkanında da özünə yer qazanır. Bu gün ölkəmizdə yüzlərlə KİV vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya ehtiyacının ödənilməsində, Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyev tərəfindən KİV – nə göstərilən diqqət və qayğı bu gün də Azərbaycan Respublikası Prezidenti,Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Daha sonra görüş bu gün Azərbaycanın dünyada söz sahibi olduğu , ölkəmizin tərəqqi və sürətli inkişaf yolunda irəlilədiyi, son dövrlər Ağcabədi rayonunda aparılan abadlıq və quruculuq işləri müzakirə olunmuş, qadınlarla onları maraqlandıran suallar ətrafında diskussiya təşkil edilmişdir.