Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər təşkilatı “Müstəqillik günü”nü Qarabağda keçirdi

19 oktyabr 2017 | 11:00

Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə Gənclər üçün Təhsil Mərkəzi 18 oktyabr tarixində Ağcabədi rayonunda 120-dən çox gənc və yeniyetmənin iştirakı ilə “Azərbaycanın Dövlət Müstəqilliyi Günü”nə həsr olunmuş “Şanlı Tarix” bilik çempionatı keçirib.Çempionatın əsas məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.

Muğam Mərkəzində baş tutan açılış mərasimində çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova ölkədə aparılan gənclər siyasətinin hədəflərini, bu siyasətin həyata keçirilməsində gənclər təşkilatlarının və gənclərin fəal şəkildə qoşulduğunu, onların hər tərəfli inkişafı üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırdı. Bildirilib ki, bugünkü yarışın keçirilməsi, istedadlı gənclərin üzə çıxarılması və onların dəstəklənməsi də məhz dövlətin gənclər siyasətinin əsas tərkib hissəsidir.

Çıxış edən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Nicat Axundov ,digər rəsmi qonaqlar Mehman Novruzov ,Niyazi Zeynalov keçirilən yarışın əhəmiyyətini qeyd edərək, gənclərimizin yüksək intellektə və biliyə sahib olduğunu diqqətə çatdırıblar. Daha sonra komandaların iştirakı ilə yarış başlayıb.

Umumilikdə 12 komandanın iştirak etdiyi yarışda 3 saylı məktəb liseyinin “Zəfər” komandası 1-ci yer , 5-sayl orta məktəbin “Odlar Yurdu” komandası 2-ci yer, 1 saylı orta məktəbin “Səfəvi” komandası 3-cü yer tutaraq Mərkəz tərəfindən diplom və müxtəlif hədiyyələr ilə təltif olunubdur.

Keçidlər