Ağcabədidə YAP-ın 25 illik yubileyi tədbirləri davam edir.
11 oktyabr 2017-ci il tarixdə YAP Ağcabədi rayon təşkilatının 7 saylı ərazi təşkilatında YAP-ın yaranmasının 25 illik yubileyinə həsr edilmiş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə 7 saylı ərazi ilk təşkilatının sədri Polad Musayev açdı. Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
YAP Ağcabədi rayon təşkilatının baş məsləhətçisi Ramil Nağıyev çıxış edərək YAP-ın yaranması, Ulu Öndər Heydər Əliyevin Respublikamızı çətin dövrdən, anarxiyadan necə ustalıqla xilas etdiyi, dövlətimizin inkişaf mübarizəsindən danışdı, partiyanın 25 illik yubileyi münasibəti ilə təşkilat üzvlərini təbrik etdi.
YAP üzvü Eldar Hüseynov çıxış edərək qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin “ Yeni Azərbaycan Partiyası bu günün və gələcəyin partiyasıdır” kəlamı bu gün öz təsdiqini tapmış bir həqiqətə çevrilmişdir. Yeni Azərbaycan Partiyası bu gün durmadan inkişaf edir, sıraları möhkəmlənir və öz sıralarında xalqın savadlı, vətənpərvər və siyasi cəhətdən fəal hissəsini birləşdirir.
YAP üzvü Püstə Mövsümova da öz çıxışında Respublikamızda inkişaf proseslərinin vətəndaşlarımız tərəfindən dəstəkləndiyini, cənab Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirdiyini, xalqımızın və xalqın böyük bir zümrəsini təmsil edən YAP üzvlərinin cənab Prezidentin ətrafında sıx birləşdiyini bildirdi.
Sonda çıxış edən 7 saylı ərazi ilk təşkilatının sədri Polad Musayev ərazi təşkilatının fəaliyyətindən danışdı. Keçirilən siyasi kompaniyalarda təşkilatın fəal iştirak etdiyini, ərazi təşkilatının gənclər hesabına boy sırasının artdığını, təşkilat üzvlərinin əksəriyyətini təşkil edən təhsil işçilərinin əsas vəzifəsinin xalqa sədaqətli, vətənpərvər, savadlı gənclər yetişdirib cəmiyyətə təqdim etməyi bir başlıca vəzifə kimi qəbul etdiklərini bildirdi.
Natiq qeyd etdi ki, Yeni Azərbaycan partiyası daim cənab Prezidentin yanındadır və xalqımız Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəkləyir