Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.

14 oktyabr 2017 | 11:00

   13 oktyabr 2017-ci il tarixdə saat 11:30-da rayon Mədəniyyət evində , Ağcabədi rayonunda 2017- ci ilin birinci yarısında sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.
      Yığıncağa rayon İcra Hakimiyyəti Başçısı yanında Şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları, uşaq bağçalarının müdirləri,  rayon İcra Hakimiyyəti Başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, YAP Ağcabədi rayon təşkilatının ərazi ilk təşkilatlarının sədrləri, sahibkarlar və fermerlər  dəvət olunmuşdur.
   Məruzə ilə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar 2017-ci ilin doqquz ayında rayonda aparılan abadlıq – quruculuq işləri daha da sürətlənmiş, yeni iş yerləri açılmış, sahibkarlıq fəaliyyəti genişlənmişdir.
    2017-ci ilin doqquz ayında rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 333.651,9 min manat olmuş və bu 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə artmışdır. Sənaye üzrə məhsul istehsalı 21.434,2 min manat olmuş, 2016-cı ilin müvafiq dövrünə nisbətən 2,1 dəfə, kənd təsərrüfatı üzrə məhsul istehsalı 160.362,4 min manat olmuş, 2016-cı ilin müvafiq dövrünə nisbətən 28,6 %, tikinti üzrə 80.649,9 min manat olmuş, 2016-cı ilin müvafiq dövrünə nisbətən 3,9 dəfə, nəqliyyat üzrə 4374,6 min manat olmuş, 2016-cı ilin müvafiq dövrünə nisbətən 5,6 %, rabitə üzrə 556,3 min manat olmuş, 2016-cı ilin müvafiq dövrünə nisbətən 2,1%, ticarət üzrə 66.274,5 min manat, 2016-cı ilin müvafiq dövrünə nisbətən 14,6 % artmışdır.
    2017-ci ilin doqquz ayında  rayonda əsas kapitala yönəldilmiş investisiyanın məbləği 83.149,3 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən 3,7 dəfə artım deməkdir.
Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə  Agentliyin sifarişi ilə  Yuxarı Qiyaməddinli kəndi Alı Mustafayev adına 240 şagird yerlik tam orta məktəbin əsaslı təmiri və 380 şagird yerlik  yeni binanın tikintisi, Hacılar kəndində  Elşən Rüstəmov adına 200  şagird yerlik tam orta məktəbin əsaslı təmiri, Aran kənd 35 yerlik 1 saylı Körpələr evi-uşaq bağçası və  Ağcabədi Elektrik Şəbəkəsinin inzibati binasının tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
   Şəhərin Səməd Vurğun küçəsində üçmərtəbəli, tikintialtı sahəsi 6000 m2 olan Ağcabədi Olimpiya İdman Kompleksinin,   ərazisi 34 ha olan , ümumi tikintialtı sahəsi 2345,9 m2 olan “Atçılıq Kompleksində tikinti işləri  davam etdirilir.
“Azərsu” ASC-nin sifarişi  ilə Ağcabədi şəhərinin su təchizatı və  kanalizasiya sisteminin yenidən qurulması işləri podratçı təşkilatlar “TTŞ İnşaat” MMC, “TTİ” MMC tərəfindən və Bəhrəmtəpə-Mingəçevir avtomobil yolunun yenidən qurulması ilə əlaqədar   rayonunun ərazisindən keçən105-56-cı km hissəsində “Polat Yol Yapı Sənaye və Ticarət” AŞ tərəfindən işləri  davam etdirilir.
    Bu il rayonda pambıqçılıqla məşğul olmaq istəyənlərin sayının artması nəticəsində 9550 ha sahədə pambıq əkilmiş, bu da 2016-cı ilə nisbətən 2,6 dəfə artım deməkdir. Bu il rayon ərazisində “MKT” Ağcabədi filialı tərəfindən 705 istehsalçı ilə 4710 ha sahə üçün,  “CTS Aqro” MMC pambıq emalı zavodları tərəfindən 430 fermerlə 4161 ha sahə üçün və fərdi MMC-lər tərəfindən isə 132 nəfər istehsalçı ilə 679 ha sahədə  müqavilə bağlanaraq pambıq əkilmişdir.
  13 oktyabr 2017-ci il tarixə rayon üzrə 2575,77 hektar sahədən 7105,187 ton pambıq tədarük olunmuş, hər hektardan məhsuldarlıq 27,6 sentner olmuşdur.
    Natiq çıxışının sonunda qeyd etmişdir ki,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 9 oktyabr 2017-ci il tarixdə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının  sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş iclasındakı nitqindən irəli gələn  tapşırıqları əldə rəhbər tutaraq rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsini, təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişaf etdirilməsini, sahibkarlığın inkişafını, əhalinin içməli su, enerji və təbii qazla təminatının yaxşılaşdırılmasını, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını təmin etməklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməklə qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəyik ,uğurlu gələcəyə doğru inamla addımlayacayıq.
   Daha sonra məruzə ətrafında çıxışlar başlanıldı. Rayon Təhsil Şöbəsinin müdiri Solmaz Rəhimova, 40 N-li Yol İstismarı MMC-nin direktoru Vidadi Cəfərov, rayon Sukanal idarəsinin müdiri Nizami Əsədov  və Şənlik kəndindən fermer Knyaz Ağayev çıxış etdilər və öz fəaliyyətləri barədə ətraflı məlumatlar verdilər.
    Yekunda Azərbaycan Respublikası Prezidentinin müvafiq  Sərəncamı ilə  dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilmiş Ağcabədi RİHB-nın Gələbədin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həsənov Möhübbət Bərxudar oğluna rayon İcra Hakimiyyəti Başçısı Şahin Məmmədov tərəfindən  “Tərəqqi” medalı təqdim olundu və ona işlərində uğurlar arzulandı.   

 

Keçidlər