Ağcabədi rayonunda 26 İyun – Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir olmuşdur.
26 iyun 2013-cü il tarixdə saat 10:00 –da Ağcabədi rayonunda 26 İyun – Silahlı Qüvvələr günü münasibəti ilə tədbir olmuşdur.
Ağcabədi rayon İcra Hakimyyətinin Başçısı cənab Şahin Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərliyi və rayonun aparıcı müəssisələrinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin əməkdaşları və rayon ictimaiyyəti – ziyalılar, ağsaqqallar, gənclər iştirak etdilər.
Əvvəlcə tədbir iştirakçıları Şəhidlər Xiyabanında Qarabağ müharibəsi şəhidlərinini qəbirləri üzərinə tər qərənfil dəstələri düzmüş və onların ruhunu yad etmişlər.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov çıxış edərək bildirmişdir ki, bu gün bizim Milli Ordumuz müstəqil Azərbaycan dövlətinin ən böyük dayağıdır. Xalqımızın təhlükəsizliyinin və dövlətimizin ərazi bütövlüyünün tam təminatçısıdır. Azərbaycan ordusu Ulu Öndər Heydər Əliyevin və onun siyasətinin uğurlu davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı cənab İlham Əliyevin ordu sahəsində apardıqları islahatlar nəticəsində Qafqazda ən güclü müdafiə potensialı olan böyük hərbi bazaya malik bir ordu formalaşmışdır. Biz hər zaman cənab Ali Baş Komandan nə vaxt əmr verərsə , ordumuz ilə birlikdə Azərbaycan torpaqlarını düşmənlərdən azad etməyə müntəzəm hazırıq.
Yekunda Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov bayram münasibəti ilə milli orduda xidmət edən hər bir kəsi təbrik etmişdir.
Daha sonra 26 İyun – Silahlı Qüvvələr günü münasibəti ilə Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yerləşən N saylı hərbi hissələrə bayram sovqatı aparılmış və əsgərlərin bayramı təbrik olunmuşdur.
Ağcabədi rayon ərazisində yerləşən N saylı hərbi hissələrdə Rayon Mədəniyyət və Turizm şöbəsi hazırladıqları bayram konserti ilə çıxış etmişdilər.
Tədbirdə 525 nəfər iştirak etmişdir.