Ağcabədi rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” dərnəyində ilk məşğələ keçirildi.
Ağcabədi rayon Heydər Əliyev Mərkəzində gənclərin asudə vaxtarının səmərəli keçirməsi üçün “Həvəskar aktyorluq və bədii qiraət”, “Tikiş”, “Toxuculuq”, “Rəsm”, “Maraqlar üzrə əl işləri”, “Xalçaçılıq” və “Rəqs” dərnəkləri fəaliyyət göstərir.
Mərkəzdə yeni tədris ilində dərnəklərin fəaliyyətə başlaması ilə əlaqədar olaraq 09 oktyabr 2017-ci il tarixdə “Həvəskar aktyorluq və bədii qiraət” kursunun ilk məşğələsi keçirilib.
Öncə dərnək rəhbəri Gündüz Sevindik dərnək üzvlərini salamlayaraq dərnəyin ötən ilki uğurları və qarşıda duran vəzifələri haqqında məlumat verdi.
Daha sonra şeir kompozisiyaları nümayiş etdirən dərnək üzvlərinin hər biri dərnək rəhbəri tərəfindən dinlənilmiş, onların nitqi, eşitmə və duyma qabiliyyəti, qiraəti yoxlanılmışdır.
Sonda dərnək üzvlərinə növbəti məşğələ üçün tapşırıqlar verilmişdir.