Şriftin ölçüsü :

Saytın rəngi :

Aydınlar Ocağı Humanitar ictimai birliyi “Məktəblilərin ictimai fəallığının artırılmasında vətəndaş cəmiyyətinin rolu” layihəsi çərçivəsində seminar keçirdi.

04 oktyabr 2017 | 11:00

04 oktyabr 2017-ci il tarixində Ağcabədi Pedoqoji Kollecində Ağcabədi Rayon İcra Hakimiyyət, rayon Gənclər və İdman idarəsinin təşkilatı dəstəyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Aydınlar Ocağı Humanitar ictimai birliyi “Məktəblilərin ictimai fəallığının artırılmasında vətəndaş cəmiyyətinin rolu” layihəsi çərçivəsində seminar keçirdi. Seminarı giriş sözü ilə Aydınlar Ocağı humanitar ictimai birliyinin sədri Vüqar Qədirov açaraq təhsil işçilərini peşə bayramları münasibətilə təbrik etdi. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına belə bir marifləndirici layihəni dəstəklədiyi üçün öz təşəkkürünü bildirdi. Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətindən, qeyri-hökumət təşkilatlarının bu istiqamətdəki rolundan bəhs etdi.

Seminarda çıxış edən Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov vətəndaş cəmiyyətinin formalaşmasında gənclər təşkilatları ilə keçirilən birgə tədbirlərdən və həyata keçirilən layihələrdən danışdı. İctimai fəallığın Ağcabədi məktəblərində daha da inkişaf etdirilməsində vətəndaş cəmiyyəti institutları ilə müsbət əlaqələrin inkişaf etdirilməsinin vacib olduğunu bildirdi. Seminarda digər çıxış edən natiqlər vətəndaş cəmiyyətinin inkişafı istiqamətində məktəblilərin rolunun artırılmasının vacib olduğunu bildirdilər. Tədbirdə məktəblilərə dəftərxana ləvazimatları paylanıldı, çay-kofe süfrəsi ətrafında diskussiyalar davam etdirildi.

Keçidlər