Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə rayon İcra Hakimiyyətində pambığın hazırki vəziyyəti ilə bağlı müşavirə keçirildi.

04 oktyabr 2017 | 11:00

04.10.2017-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətində pambıq yığımının hazırki vəziyyətinə  həsr edilmiş müşavirə keçirilmişdir. Hüquq-mühafizə orqqanları rəhbərlərinin,kənd inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin və aidiyyəti qurumların rəhbərlərinin iştirak etdiyi toplantıda Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov çıxış edərək, kənd təsərrüfatının strateji sahələrindən hesab olunan pambıqçılığın inkişaf etdirilməsi ölkəmizdə bu sahənin sürətli inkişafına əlverişli şərait yaratdığını bildirmişdir.Qeyd olundu ki, indi qarşımızda bir məqsəd var: hava şəraitini nəzərə alaraq yerli icra nümayəndələri, bələdiyyələr, pambıq mülkiyyətçiləri, pambıq zavodlarının rəhbərləri pambığın itkisiz və qısa müddətdə yığımını təmin etmək üçün bütün qüvvələrini sərf etməlidirlər. Xüsusilə əllə pambıq yığımını sürətləndirmək üçün insanlarımız səfərbər olunmalıdır.Bununla əlaqədar xüsusi pambıq yığan briqadaların sayı artırılmalı, tarlalarda zəhmətlə becərilmiş məhsulu vaxtında və itkisiz toplamaq  üçün bütün gücümüzdən maksimum istifadə etməliyik.

Keçidlər