Şriftin ölçüsü :

Saytın rəngi :

03 oktyabr 2017 tarixində Ü.Hacıbəyov adına 7 saylı "Diqqət Uşaqlar"" Təhlükəsizlik Aylığı çərçivəsində növbəti tədbir keçirilmişdir.

03 oktyabr 2017 | 11:00

Tədbirdə Rayon Polis Şöbəsi Yetkinlik yaşına çatmayanlarıa iş üzrə bölməsinin rəhbəri baş leytenant Elnur Zeynalov, Dövlət Yol Polisi  idarəsi Baş Avtomobil Müfəttişi  polis kapitanıNatiq Hüseynov .İcra Hakimiyyəti Yetkinlik Yaşına Çatmayanlarla iş və onların hüquqlarının müdafiəsi Şöbəsinin məsul katibi Nicat Axundov və RTŞ metodisti Niyazi Zeynalov iştirak edirdilər...Tədbiri giriş sözü ilə  məktəbin direktoru Polad Musayev açdı..Tədbirin əhəmiyyəti barədə danışdı..Yol hərəkəti qaydalarının şagirdlərə öyrədilməsinin mühümlüyunü diqqətə çatdırdı və sözü baş leytenant Elnur Zeynalova verdi..E.Zeynalov öz çıxışında yol nəqliyyat hadisələrinin qarşısının alınmasında hərəkət iştirakçılarının qayda qanunu bilməsinin vacibliyini və bu məqsədlə məktəb və digər təşkilatlarda maarifləndirici tədbirlərin keçirildiyini bildirdi..Çıxış edən kapitan Natiq Hüseynov Yol hərəkəti qaydaları,yol nişanları xəbərdaredici nişanlar və sair barədə geniş çıxış etdi və şagirdlərin bu mövzuda suallarına cavab verdi..RTŞ metodisti Niyazi Zeynaov da öz çıxışında bu tip maarifləndirici tədbirlərin şagirdlər üçun böyük əhəmiyyəti olduğunu bildirdi..Sonda çıxış edən Polad Musayev təcdbirin təşkilatçılarına təşəkkür etdi və bu tip tədbirlərin şagirdlərə çox şey öyrətdiyini və məktəb kollektivi üçün stimul rolunu oynadığını bildirdi

Keçidlər