Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Kino günləri çərçivəsində “Dolu” bədii filmi nümayiş olunmuşdur

03 oktyabr 2017 | 11:00

Mədəniyyət və Turizm Nazirliyinin “Milli kinonun inkişafına dair tədbirlər haqqında” 8 avqust 2017-ci il tarixli əmrinin icrasını təmin etmək məqsədilə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində milli kinofilmlərin nümayişlərinə başlanılıb. Kino günləri çərçivəsində ilin sonunadək hər həftənin bazar ertəsi milli filmlər, o cümlədən azyaşlılar üçün cizgi filmləri nümayiş olunacaq.
     02 oktyabr 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində millət vəkili, yazıçı-publisist Aqil Abbasın “Dolu” romanının motivləri əsasında çəkilmiş eyni adlı bədii filmin nümayişi olmuşdur. Film nümayişindən öncə tədbir iştirakçıları Azərbaycanın milli kino tarixini özündə əks etdirən kitablardan ibarət “Azərbaycan kinosunun dünəni, bü günü, sabahı...” adlı sərgi ilə tanış olmuşlar.
     Sərgidən sonra “Dolu” bədii filmi  nümayiş etdirilmişdir. Filmdəki hadisələr 1991-ci ildə Qarabağda cərəyan edir. Həmin dövrdə orduda hökm sürən hərc-mərcliyi, eləcə də könüllülərdən ibarət dəstələrin qəhrəmanlığını və şücaətini özündə əks etdirən film iştirakçılar tərəfindən maraqla izlənmişdir

Keçidlər