Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Azərbaycan Respublikası Veteranlar Şurası seminar – müşavirə keçirmişdir.

20 iyun 2013 | 10:00

 

    19 iyun  2013-cü  il tarixdə saat 11:00–da Ağcabədi Rayon Icra Hakimiyyətinin konfrans zalında Azərbaycan Respublikası Veteranlar Şurası “Veteranların sosial hüquqlarının həlli sahəsində rayon, şəhər  veteranlar təşkilatları rəhbərlərinin biliklərinin artırılması məqsədilə təlim və seminarlar keçirilməsi “ adlı layihə ilə bağlı  seminar – müşavirə keçirmişdir.
    Seminar – müşavirəyə Bərdə, Ağdam, Füzuli, Tərtər, Laçın, Cəbrayıl rayon Veteranlar Şurasının sədrləri və həmin şuraların nəzarət –təftiş komissiyasının sədrləri dəvət olunmuşdular.
    Seminar – müşavirədə çıxış edən Azərbaycan Respublikası Veteranlar Şurasının məsul işçiləri Kazımov Cabir, Xəlilov Cəlil, Babaşov Adil, Babayev Telman və Əliyev Əliş həyata keçirilən layihənin əsas məqsədindən, veteranlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edərək, bildirmişdilər ki, veteranlar təşkilatlarının fəaliyyətləri indiki dövrün tələblərinə uyğun təşkil edilməli və aparılması üçün veteran fəallarının hazırlıq səviyyəsi artırılmalıdır.
    Çıxış edənlər yekunda qeyd etdilər ki, 2013- cü il Prezident seçkiləri ilidir. Biz veteranlar həmişə  olduğu kimi, bu ildə də Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı cənab Prezidentimiz  İlham Əliyevi dəstəkləməklə, Azərbaycanın xoşbəxt gələcəyinin qarantı  İlham Əliyevə səs verəcəyik . 
   Tədbirdə 22 nəfər  iştirak etmişdir .

Keçidlər