Ağcabədidə əmək yarmarkası keçrilib
Ağcabədi rayonunda əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirilib.
Rayon məşğulluq mərkəzinin direktoru Məhərrəm İbişov, Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi Rəşad Əsgərli və başqaları yarmarkanın açılışında çıxış edərək, ölkədə və Ağcabədi rayonunda gedən sosial-iqtisadi inkişafdan, əhalinin məşğulluğunun təmin edilməsi, yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin yaradılması məqsədi ilə həyata keçirilən tədbirlərdən danışıblar.
Əmək yarmarkasına 39 idarə, müəssisə və təşkilat tərəfindən 370 boş iş yeri çıxarılıb. Boş iş yerlərinə görə 125-700 manat məbləğində əmək haqqı təklif edilib. Yarmarkada iştirak edən 400-dən çox işaxtaran vətəndaşdan 176 nəfəri öz istəyinə və ixtisasına uyğun işə göndərişi alıb.