Şriftin ölçüsü :

Saytın rəngi :

Milli musiqi günü təntənəli şəkildə qeyd olundu

18 sentyabr 2017 | 11:00

Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin dünyaya gəldiyi 18 sentyabr ölkəmizdə ənənəvi olaraq Milli musiqi günü kimi təntənə ilə qeyd olunur.Ağcabədi rayonunda da hər il olduğu kimi bu ildə Milli musiqi günü silsilə tədbirlərlə qeyd edilir.18 sentyabr 2017-ci il tarixdə Yaqub Məmmədov adına Mədəniyyət Mərkəzində Qarabağ Muğam Mərkəzinin kollektivinin hazırladığı bayram konserti keçirildi Tədbirdə iştirak edən RİHB-nın müavini -İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Naibə Mustafayeva tədbir iştirakçılarını Milli musiqi günü münasibətilə təbrik edərək bildirdi ki, bu gün sadəcə sənətsevərlərin deyil, bütün Azərbaycan xalqının bayramıdır: “Bu gün Azərbaycan Dövlət himninin bəstəkarı, musiqimizi dünyaya tanıdan, Şərqdə ilk operanı yaradan dahi Üzeyir Hacıbəylinin doğum günüdür. Böyük bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin 1995-ci ildə - bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli musiqi günü kimi qeyd olunur”.

Bildirildi ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, 2009-cu ildən etibarən Azərbaycanda Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil olunur. Festivalın konsertlərində görkəmli musiqiçilər, müxtəlif ölkələrdən bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər. Ötən müddətdə böyük əks-səda doğuran festival bu il 8-ci dəfə keçiriləcək. Nazir vurğuladı ki, Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı sentyabrın 18-dən sentyabrın 27-dək davam edəcək.

Tədbir daha sonra  konsert proqramı ilə davam etdi.

Keçidlər