17 iyun – Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə Ağcabədi rayonunda tədbir keçirilmişdir.
17 iyun 2013-cü il tarixdə saat 10:00 –da Ağcabədi Rayon İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsinin önündə 17 iyun – Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir.
İlk öncə tədbir iştirakçıları Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəlinin önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etdilər.
Daha sonra tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti Başçısı Şahin Məmmədov bildirdi ki, Ümummilli lideri Heydər Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yaradılmasını nəzərə alaraq, Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən hər il 17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunması müqəddəs və şərəfli işlərində onların əməyinə verilən yüksək qiymətin bariz nümunəsi idi. Bu gün rayonumuzda gedən sosial –iqtisadi inkişafdan, abadlıq – quruculuq işlərində səhiyyə işçiləri öz fəaliyyətləri ilə heç də geri qalmırlar. Ölkə Prezidenti cənab İlham Əliyevin dəstək və qayğısı nəticəsində, Regionların sosial-iqtisadi inkişafı Proqramına müvafiq olaraq, respublikamızda, o cümlədən Ağcabədi də sosial-iqtisadi inkişaf siyasətinin uğurla həyata keçirildiyini, əhalinin vəziyyətinin yaxşılaşdığını və bu sahədə işlərin davam etdirildiyini bildirmişdir.
Rayon rəhbəri son dövrdə rayonda tikinti-quruculuq işlərinin geniş vüsət aldığını, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən rayon ərazisində müasir tələblərə cavab verən 205 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının və digər obyektlərin tikintisinin davam etdirilməsini qeyd etmişdir.
Rayon rəhbəri çıxışının sonunda bildirdi ki, 2013- cü il Prezident seçkiləri ilidir. Biz ağcabədililər həmişə olduğu kimi, bu ildə də Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyevi dəstəkləməklə, Azərbaycanın xoşbəxt gələcəyinin qarantı İlham Əliyevə səs verəcəyik.
Rayon Rayon İcra Hakimiyyəti Başçısı Şahin Məmmədov yekunda bu bayram günündə səhiyyə işçilərinin bayramlarını bir daha təbrik etdi və onlara gələcək işlərində , rayonun abadlıq – quruculuq işlərində uğurlar arzuladı.
Sonda səmərəli fəaliyyətinə görə bir qrup səhiyyə işçisinə Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanı verildi.
Tədbirdə 205 nəfər iştirak etmişdir.