Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhəri 8 saylı tam orta məktəbdə "BİLİK GÜNÜ"

16 sentyabr 2017 | 11:00

15 sentyabr 2017 ci il tarixində məktəbimizdə Bilik Günü münasibətilə tədbir keçirilmişdir.Tədbir Dövlət Himninin səslənməsilə başladı.Giriş nitqi ilə çıxış edən direktor Anar Qasımov müəllim şagird və valideyinləri təbrik etdi,cari tədris ilində olan uğurlardan danışdı və15 sentyabrda ilk dərsin Cocuq Mərcanlı-Böyük Qayıdışın başlanğıcı   mövzusunda keçiriləcəyini bildirdi.Sonra isə Ağcabədi RTŞ müdiri Solmaz Rəhimova çıxış edərək Bilik Günü münasibətilə pedaqoji kollektivini,şagirdləri və valideyinləri təbrik etdi.
Bundan başqa Ağcabədi Mərkəzi Kitabxanasının numayəndələrinin təşkil etdiyi kitab sərgisinə baxış keçirildi və sonda yeni təmir olunmuş siniflərə baxış keçirildi.

Keçidlər