Şriftin ölçüsü :

Saytın rəngi :

7 saylı tam orta məktəbdə Bilik Günü

15 sentyabr 2017 | 11:00

15 sentyabr 2017 ci il tarixdə Ü.Havıbəyov adına 7 saylı tam orta məktəbdə Bilik Günü  münasibətilə tədbir keçirilmişdir.Mərasim Dövlət Himninin sədaları ilə açıldı..Giriş sözü ilə çıxış edən Məktəb direktoru Polad Musayev müəllim ,şagird və valideyinləri təbrik etdi..Dövlərtimizin təhsilə qayğısı ,bu qayğı nəticəsində diğər sahələrdə olduğu kimi təhsil sahəsində də dinamik inkişafın olduğunu qeyd etdi .Ötən tədris ili Rayon üçün uğurlu olmuşdur.
392 nəfər tələbə adını qazanmış məzundan 5 nəfər 7 saylı məktəbin məzunu olmuşdur.2017-2018 tədris ili Təhsildə Keyfiyyət İli elan edilmişdir.Bu təhsil işçiləri üzərinə daha çox vəzifə qoyduğunu və məsuliyyəti daha da artırdığınını qeyd etdi.Sonra Təhsil Şöbəsinin metodisti Nəzakət Ababasova,tarix müəllimi Nahid Abbasov çıxış edərək müəllim və şagirdləri təbrik etdilər.Məktəb şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış etdilər..İlk zəng sədaları ilə şagirdlər sinfə daxil oldular və ilk dərs Cocuq Mərcanlı-Böyük Qayıdışın başlanğıcı 'mövzusunda keçirildi.

Keçidlər