Məmməd Aranlı adına şəhər 11 saylı tam orta məktəbdə " Bilik Günü" qeyd edildi
15 sentyabr 2017 | 11:00
2017-2018-ci tədris ilinin başlanması ilə əlaqədar olaraq Ağcabədi şəhər M.Aranlı adına 11 saylı tam orta məktəbdə tədbir keçirilmişdir.Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə xanım Mustafayeva, məktəbin direktor əvəzi Lətafət Əlizadə və Təhsil Şöbəsinin metodisti Niyazi Zeynalov çıxış edərək şagirdləri, müəllimləri və valideynləri təbrik etdi, Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə bilik gününün ilk dərsinin ''Cocuq-Mərcanlı-tarixi qayıdışın başlanğıcı" mövzusunda keçirilməsi barədə məlumat verildi.