Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhər 4-saylı tam orta məktəbində "Bilik günü" münasibəti ilə tədbir keçirildi.

15 sentyabr 2017 | 11:00

Bu gün, 15 sentyabr 2017-ci il tarixdə Ağcabədi şəhər  S.Vurğun adına  4-saylı tam orta məktəbində "Bilik günü" münasibəti ilə tədbir keçirildi.
Tədbir səhər saat 07:30-da başladı. Tədbirdə Ağcabədi RİHB-nın şəhər üzrə nümayəndəsi Aqil Əliyev, Ağcabədi RTŞ-nin Metodkabinetin müdiri Əli Əhmədov, məktəbin direktor əvəzi Teymur Qasımov, məktəbin pedoqoji kollektivi, valideyinlər, şagirdlər və s. qonaqlar iştirak edirdilər. Tədbiri giriş sözləri ilə məktəbin direktor əvəzi T.Qasımov açıq elan etdi. Azərbaycan Respublikasının Dövlət Himni oxundu. Bilik günü münasibəti ilə müəllimlərin və şagirdlərin bayramları təbrik edildi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə "Böyük Qaydış" la bağlı ətraflı məlumatlar verildi. Tədbirdə Aqil Əliyevə, Əli Əhmədova, müəllimlər və valideyinlərə söz verildi, çıxış edənlər öz təbriklərini çatdırdılar, təhsilin və tərbiyyənin əhəmiyyətindən danışdılar, vətənpərvərlik mövzularına toxundular. Tədbirin sonunda 1-ci sinf şagirdləri müəllimlərini gül dəstələri ilə təbrik etdilər və tədbir bununla yekunlaşdı. Şagirdlər siniflərə keçdilər. Məktəbdə 1-ci saatlar Cocuq Mərcanlıya "Böyük Qaydışa" həsr edildi.

Keçidlər