Ağcabədi rayonunda “Milli Qurtuluş Günü “ münasibəti ilə ümumrayon tədbiri olmuşdur.
15 iyun 2013-cü il tarixdə saat 19:30 –da Ağcabədi Rayonu İcra Hakimiyyətinin binası qarşısında Heydər Əliyev meydanında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdən öncə tədbir iştirakçıları Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəlinin önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etdilər.
Tədbirin ikinci bədii hissəsi saat 20:00 –da Ağcabədi rayonu Heydər Əliyev meydanında davam etdirilmişdir.
Tədbirdə çıxış edən Ağcabədi rayon İcra Hakimyyətinin Başçısı cənab Şahin Məmmədov çıxış edərək , bu günki əziz gün münasibəti ilə Ağcabədi rayon sakinlərini təbrik etdi və bildirdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixində,Azərbaycan xalqının qəlbində özünəməxsus yeri var. Azərbaycan dövlətçiliyinin başının üstünü qara buludlar alanda Ümummilli Lider Heydər Əliyev öz vətənin də, xalqının da dadına yetişdi və Azərbaycan dövlətini zirvələrdə heç zaman sönməyən parlaq günəşə çevirdi. Bu gün qeyd etdiyimiz bu əlamətdar bayram ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalan Azərbaycanın daxilində qardaş qırğınının başlanması, vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması, Azərbaycının bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salındığı bir dövrdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı bütün ümidini itirmiş xalqa,Azərbaycan dövlətinə bir xilas, qurtuluş oldu.Uzun sürən siyasi qarşıdurmalara, siyasi təxribatlara baxmayaraq Ümummilli Lider Heydər Əliyev nicat yolunu gözləyən xalqı intizarda qoymadı və Azərbaycana qayıtdı. Qısa zamanda başının üstünü qara buludlar bürüyən Azərbaycan Heydər Əliyev siyasətinin uğurlu, məntiqli nəticəsində öz xilasına qovuşa bildi və gündən – günə güclənən, siyasi maraqlarını müdafiə edən bir dövlətə çevrildi.
Ağcabədi rayon İcra Hakimyyətinin Başçısı cənab Şahin Məmmədov çıxışının sonunda bir daha tədbir iştirakçılarını yenidən təbrik etdi və qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevə qarşı olan xalq sevgisi zaman ötdükcə daha çox xalqın qəlbində böyüyür.və güclənir , xalq öz oğluna sonsuz sevgisini Onun siyasi varisi cənab Prezidentimiz İlham Əliyevə etimad göstərərək bildirdi və yanılmadıqlarını gördülər. Nə qədər ki, bu xalq var Heydər Əliyev böyüklüyü yaşayacaq, nəsildən – nəsilə ötürülərək onun Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün gördüyü işlər örnək göstəriləcəkdir.
Ulu öndərin siyasi kursu bu gün Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Bu gün Azərbaycan dünyada söz sahibidir, ölkəmiz tərəqqi və sürətli inkişaf yolundadır. Bu tərəqqi ulu öndər Heydər Əliyev ideyalarının təntənəsidir, möhtərəm Prezidentimiz İlham Əliyevin qayğı və diqqətinin təzahürüdür. Hamımızın qəlbində yaşayan, sevgilərimizin məbədinə çevrilən dahi şəxsiyyət Heydər Əliyevin ideyalarına bütün ağcabədililər hər zaman sadiq qalacaqlar.
Sonra rayonun bir qrup ictimai –siyasi həyatında fəaliyyəti ilə fərqlənən Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının üzvlərinə və idman həyatında uğur qazananlara rayon rəhbərliyinin fəxri fərmanı və hədiyyəsi təqdim edildi.
Ardınca tədbirin bədii hissəsi davam etdirildi. Musiqi sədaları ətrafa yayıldı. Rayon Mədəniyyət və Turizm şöbəsinin incəsənət ustalarının oxuduqları mahnı və duetlər, şəhər incəsənət məktəbinin şagirdlərinin ifası şənlik iştirakçılarında dərin rəğbət oyatdı. Digər incəsənət ustalarının da musiqi proqramları və bənzərsiz çıxışları bayram iştirakçıları tərəfindən yüksək rəğbətlə qarşılandı.
Tədbir gecənin qaranlığında Ağcabədi səmalarını işıqlandıran yanan şarların və atəşfəşanlığın möhtəşəmliyi ilə başa çatmışdır.